Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Miribrahim Həmzəyev — həyatı və yaradıcılığı.
Miribrahim Həmzəyev 1908-ci il dekabrın 25-də Gəncədə doğulub. 1916-cı ildə Gəncədəki yeni tipli altısinifli məktəbə gedib. 1920-ci ildə Gəncə fəhlə klubunun nəzdindəki dram dərnəyinə üzv olub. 1920–1921-ci illərdə Gəncə hərbi komissarlığında işləyib və bu zaman dram dərnəyindən ayrılmayıb. 1921–1925-ci illərəd Gəncə Pedaqoji Texnikumunda oxuyub. 1925–1928-ci illərdə Gəncə mərkəzi klubunda direktor işləyib.
1930-cu ildə M. F. Axundov adına Bakı Teatr Məktəbinə daxil olan İbrahim Həmzəyev buranı 1933-cü ildə bitirir O, Teatr Məktəbində təhsil alarkən paralel olaraq dram dərnəklərində çıxış edirdi.
Ona 21 avqust 1931-ci ildə Hüseyn Ərəblinski adına dram dərnəyində 11 il fasiləsiz çalışdığına görə həmkarlar təşkilatı və dərnəyin kollektivi tərəfindən qızıl medalyon da hədiyyə edilib. İbrahim Həmzəyev 1932-ci il fevralın 8-də Bakı Türk İşçi Teatrının yardım heyətinə götürülür. Teatr Gəncəyə köçdükdən sonra, 21 mart 1933-cü ildə Gəncə Türk İşçi Teatrının (sonralar Gəncə Dövlət Dram Teatrı) aktyor truppasına daxil olur. 1936-cı ilin mayın 20-də Tiflis Dövlət Türk Dram Teatrına birinci kateqoriya aktyor ştatına qəbil olunan Miribrahim Həmzəyev həmin il sentyabrın 15-də Tiflisdən qayıdaraq yenidən Gəncə Dövlət Dram Teatrının truppasına qəbul edilir. 26 sentyabr 1937-ci ildə ərizə yazaraq işdən çıxır və 19 oktyabr 1937-ci ildə Naxçıvan teatrının truppasına aktyor götürülür.
Əksəriyyətini özü və həmçinin Adil İsgəndərovun hazırladıqları tamaşalarda baş rolları ifa edib. Dram dərnəyinin repertuarının əsasını İbrahim Həmzəyevin səhnə təfsiri verdiyi "Aydın", "Solğun çiçəklər" (Cəfər Cabbarlı), Bəxtsiz cavan" (Əbdürrəhim bəy Haqverdiyev), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) tamaşaları təşkil edib. 1930-cu illərin əvvəllərində Bakı Teatr Məktəbində təhsil alıb.
Teatr təhsilini başa vurandan sonra Gəncəyə qayıdıb. 1937-ci ildə Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin sərəncamı ilə sənət yardımı üçün Naxçıvan teatrına göndərilib. Əvvəlcə bu teatrda quruluşçu rejissor və aktyor işləyib.
Yüksək təşkilatçılıq bacarığına və kollektivlə işləmək səriştəsinə görə bu teatrda direktor və aktyor (1941–1945), direktor və baş rejissor (1943–1961), direktor (1964) işləyib. Arada yardım üçün Qaryagin (indiki Füzuli) Dövlət Dram Teatrına göndərilib (1947–1948-ci il teatr mövsümündə). Burada həyat yoldaşı Zəroş Həmzəyeva ilə birlikdə aktyor və rejissor kimi çahşıb.
Onun zəngin rollar qalereyasında 150-dən artıq səhnə obrazı var. Naxçıvan teatrının aparıcı aktyorları 1940–1980-ci illərdə özlərinin möhtəşəm rollarının, teatrın tarixində hadisəyə çevrilən səhnə obrazlarının əksəriyyətini İbrahim Həmzəyevin quruluş verdiyi tamaşalarda ifa ediblər. O, musiqili komediya janrında Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "Ər və arvad", "Məşədi İbad", Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", "Əlli yaşında cavan", Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna", Sabit Rəhman və Süleyman Ələsgərovun "Ulduz" əsərlərinə quruluş verib.
İbrahim Həmzəyev tərcümə əsərlərinin teatrın repertuarında müəyyən yer tutınasma xüsusi diqqət yetirib. Onun quruluşunda oynanılan "Otello" (Vilyam Şekspir), "Sevilya ulduzu" (Lope de Veqa), "İki ağanın bir nökəri" (Karlo Haldoni) tamaşaları teatrın repertuarında möhkəm yer tutan, forma və məzmun cazibədarlığı ilə seçilən səhnə əsərlərindəndir. İbrahim Həmzəyev 1944-cü ildən Sov.
İKP üzvü olub O, birinci dəfə Xalq artisti Barat Şəkinskaya ilə ailə həyatı qurub. 3 may 1932-ci ildə onların yeganə övladları olan Solmaz Həmzəyeva doğulub. İkinci dəfə 1938-ci ildə Nehrəmli Xalq artisti Zəroş Əliyeva ilə ailə qurub. Onların 4 övladı olub. 26 noyabr 1939-cu ildə onların birinci övladları Ayrum, 25 aprel 1940-cı ildə Himalay, 12 sentyabr 1943-cü ildə Nizami, 22 mart 1955-ci ildə isə dördüncü övladları Arzu dünyaya gəlib.
İbrahim Həmzəyev 4 fevral 1982-ci ildə Bakıda vəfat edib. 6 fevral 1982-ci ildə Naxçıvanda dəfn olunub… RUHU ŞAD OLSUN!
