Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda doğulub..
Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda doğulub. Bakıda məşhur olan Dadaşovlar nəslindəndir. Milyonçu və xeyriyyəçi Hacı Hacıağa Dadaşovun qardaşı Şıxəli Dadaşovun nəvəsidir.
Sadıq Dadasov 1929-cu ildə M. Əzizbəyov adına Bakı Politexnik İnstitutunun İnşaat fakültəsini bitirib. O, 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi olub. 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilib.
1940-cı ildə ona Azərbaycan SSR "Əməkdar incəsənət xadimi" fəxri adı verilib və 1941-ci ildə SSRİ Dövlət mükafati laureatı olub."Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilib. Sadıq Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır. O, Azərbaycan memarlıq tarixinin öyrənilməsinin əsasını qoyub, 1934–1940 və 1944–1946 illərdə Azərbaycanın bir sıra rayonlarına elmi səfərlər təşkil edib.
O, memarlıq və nəzəri əsərlərini görkəmli Azərbaycan memarı və memarlıq tarixçisi Mikayıl Hüseynovla birgə yaradıb. Sadıq Dadaşovun layihəsi əsasında Bakıda və respublikanın digər şəhərlərində çoxlu yaşayış, ictimai və mədəni-məişət binaları tikilib. 1929–1933 illərdə 23 tikilinin layihəsini verib.
Bakıdakı fabrik-mətbəx (Bayılda), Azərbaycan Sənaye İnstitutunun yeni binası (indiki Azərbaycan Dövlət Neft Akademiyası; 1932), İncəsənət işçiləri üçün ev, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedaqoji Texnikumun binası (1933) və. s. Sadıq Dadaşovun əsas işləri aşağıdakılardır: Azərbaycan Texniki Universitetinin binası (1935) "Nizami" kinoteatrının binası (1934) Bakı Musiqi Akademiyasının binası (1936) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası (1940) və s.
O, Nizami Gəncəvinin 1946-cı ildə Gəncədə , 1949-cu ildə Bakıdakı abidələrinin layihə müəllifidir. Sadıq Dadaşov 24 dekabr 1946-cı ildə Moskvada vəfat edib, Bakıda dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!
