Mirhəsən Seyidkazım oğlu Vəzirov — həyatı və yaradıcılığı

Şrift
Mirhəsən Seyidkazım oğlu Vəzirov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mirhəsən Seyidkazım oğlu Vəzirov — həyatı və yaradıcılığı.

Mirhəsən Seyidkazım oğlu Vəzirov 1889-cu ildə Şuşada doğulub. İbtidai təhsilini atasından alıb, sonra Şuşa Real məktəbində oxuyub. 1907-ci ildən Bakı Real məktəbində təhsiini davam etdirib, sonra Novoçerkassk Politexnik İnstitutunun kimya fakültəsinə daxil olub. Maddi problemlər və xəstəliyi səbəbindən institutu bitirə bilmədiyindən 1915-ci ildə Kiyev Ticarət İnstitutuna qəbul olub.

Bir neçə ay burada oxuyandan sonra Bakıya qayıdıb. Bakıda müəllimliklə məşğul olmağa başlayıb. Sol eserlər qrupunun üzvü olan Vəzirov 1917-ci ildən bolşeviklərlə birlikdə işləyib. 1917-ci il iyulun 14-də Bakı müsəlman ictimai və siyasi təşkilatları icraiyyə komitəsinin katibi seçilib. 1917-ci il noyabrın 2-də Bakı Sovetinin yeni icraiyyə komitəsinə üzv, Bakı qəza kəndli deputatları Sovetinin 1918-ci ilin mayında keçirilən birinci qurultayında İcraiyyə Komitəsi sədrinin müavini seçilib. 1918-ci ilin mayından Bakı Xalq Komissarları Sovetinin xalq torpaq komissarı idi.

M. Vəzirov Bakı Xalq Komissarları Sovetinin torpaq haqqında dekretini imzalayıb, dekretin həyata keçirilməsində, qəzalarda kəndli qurultaylarının təşkilində fəal iştirak edib. Mirhəsən Vəzirov 1918-ci ildə Bakı komissarları ilə birlikdə güllələnib.

Kommuna ingilislər tərəfindən dəstəklənən daşnaklar, sosialist inqilabçılar və menşeviklərin koalisiyası olan Sentrokaspi Diktaturası tərəfindən devrildikdən sonra Vəzirov və yoldaşları yerli eserlər tərəfindən həbs olunub, Pereval və Zaqafqaziya Dəmir yolunun Ağcaqum stansiyaları arasındakı atəş qrupu tərəfindən güllələnib. Bacısının əri Cəmil Ağayev 1874-cü ildə Şuşada doğulub. 1920-ci ildən 1924-cü ilədək Şuşa qəza idarəsində məsul vəzifələrdə çalışib."Müsavat" partiyasına onu 1924-cü ildə Ağdamda ticarət sahəsində işləyərkən Salman Mirzəyev və Müseyib Muxtarov cəlb etmişdi. 1926-cı ildə Şuşa və Ağdam "Müsavat" təşkilatları ləğv olunandan sonra Cəmil Ağayev Şuşaya qayıdıb, şəhər istehlak cəmiyyətində yeməkxana müdiri işləyib. Eyni zamanda siyasi fəaliyyətindən də qalmayıb. 1929-cu ildə işini yenidən davam etdirməyə başlayan "Müsavat"ın Şuşa və Qarabağ təşkilatı sədrinin müavini vəzifəsinə seçilib.

Məsul bir vəzifə sahibi kimi bütün gizli yığıncaqlarda müntəzam iştirak edib, cəlbetmə işləri ilə məşğul olub, "Müsavat"ın Mərkəzi komitəsi ilə daim əlaqə saxlayıb, Sovet hakimiyyətinə və Kommunist Partiyasına qarşı fəal mübarizə aparıb. Cəmil Ağayev 1937-ci il avqustun 21-də həbs olunub, əmlakı müsadirə olunmaqla güllələnmə cəzasına məhkum edilib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗