Mərziyə Yusif qızı Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində ye…

Şrift
Mərziyə Yusif qızı Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində ye…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mərziyə Yusif qızı Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində ye….

Mərziyə Yusif qızı Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən kənddə doğulub. Dördillik "Darültəhsil" və "İqbal" rus-tatar məktəbində oxuyub. İlk dəfə səhnədə "Birinci teatr" adlı tamaşada Ərəfə rolunu oynayır.

Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onun oyununu bəyənir və Bakıya dəvət edir. Həmin ərəfədə 16 yaşlı Mərziyyə anasını itirir. 1919-cu ildə Bakıya gəlib Birləşmiş Dövlət Teatrının nəzdindəki kollektivə aktrisa qəbul edilir. Aktrisanın ən böyük arzusu Hüseyn Ərəbliniski ilə səhnədə tərəf müqabili olmaq olur.

Lakin, 1919-cu ildə Ərəblinski öldürülür. Mərziyyə Davudova o dövrün ən güclü aktyorlarından biri olan Abbas Mirzə Şərifzadə ilə eyni səhnəni paylaşır. Getdikcə onların arasında isti münasibət yaranır.

Bu yaxınlıq onların ailə qurmasına səbəb olur. Mərziyyə Davudova çox qısa müddətdə Akademik Milli Dram teatrının ən aparıcı aktrisalarından birinə çevrilir."Sevil" pyesində Sevil rolunu o qədər təbii ifa edir ki, tamaşaya baxmağa gələn qadınlar zalda çarşablarını çıxarıb atırlar. Onun səhnədə göstərdiyi təbii oyunu və sənət yanğısı haqqında Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır.

Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir". O,qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olur. 1936-cı ildə Xalq artisti adını alır. 1956-1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləyir.

Azərbaycan SSR Ali Sovetinin deputatı olur. "Maqbet", "İblis", "Otello", "Sevil" kimi tamaşalarda özünə məxsus rollar ifa edir. "Hacı Qara", "Bir ailə", "Bakının işıqları" filmlərinə çəkilir.

"Bəxtiyar" filmində Bəxtiyarın anası Gülbadam rolunu oynayır. "İblis" tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf müqabili olur. Tamaşa böyük uğur qazanır.

Amma bir müddət sonra cütlük boşanır. Mərziyyə Davudova ikinci dəfə digər istedadlı həmkarı Ülvi Rəcəblə ailə qurur. Bu evlilikdən onların Rauf adlı oğlu dünyaya gəlir.

1937-ci ilin repressiyası aktrisanın taleyindən yan keçmir. 1937-ci ildə həyat yoldaşı Ülvi həbs olunaraq güllələnir. 1937-ci il dekabrın 3-də Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü şöbəsinin müvəkkili, leytenant Kovrijenko Şərifovun həbs olunması barədə qərar verir. Qərar yuxarı instansiyalarda da təsdiq edilir. Böyük teatr xadimini ad günü ərəfəsində həbs edirlər.

Bakının Çadrovaya küçəsi, 115 ünvanda yerləşən evində axtarış aparılır. Müsadirə zamanı tapdıqları bir teatr qılıncı və iki teatr tapançası olur. 1938-ci il oktyabrın 30-da 44 yaşlı Abbas Mirzənin casusluq fəaliyyətinə görə güllələnməsi qərara alınır. Əmr isə noyabrın 16-da yerinə yetirilir.

Ancaq 1955-ci ilə qədər Mərziyyə xanım və qızı, aktrisa Firəngiz Şərifova onun necə öldüyünü bilmir. Həmin il oktyabrın 15-də Firəngiz xanım Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət edərək atasının son taleyi haqqında məlumat verilməsini tələb edir. SSRİ Baş Prokurorluğu Abbas Mirzənin işini araşdırıb onun haqqında çıxarılmış qərarı ləğv edir və iş xətm olunur.

Ancaq nədənsə Firəngiz xanıma atasının 1938-ci il noyabrın 16-da güllələndiyini deyil, 1941-ci il noyabrın 1-də ürək infarktından vəfat etdiyini bildirirlər. Mərziyyə Davudova uzun zaman istintaq orqanlarına çağırılır. Əri repressiya olunandan sonra balaca boxça yığıb, evin bir küncündə saxlayırmış ki, indi gəlib onu da aparacaqlar, güllələyəcəklər.

O illərin xofu ömrünün sonuna kimi Mərziyyə xanımın qəlbində yaşayır(mənbə:milli. az). Mərziyyə Davudova 6 yanvar 1962-ci ildə Bakıda xərçəng xəstəliyindən vəfat edir.

Birinci Fəxri Xiyabanda dəfn olunub… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗