Arif Teyyub oğlu Mirzəquliyev 6 iyun 1939-cu ildə Bakıda doğulub.

Şrift
Arif Teyyub oğlu Mirzəquliyev 6 iyun 1939-cu ildə Bakıda doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Arif Teyyub oğlu Mirzəquliyev 6 iyun 1939-cu ildə Bakıda doğulub..

Arif Teyyub oğlu Mirzəquliyev 6 iyun 1939-cu ildə Bakıda doğulub. Atası Teyyub Mirzəquliyev Qusar rayonunun Uqur kəndində həkim işləyib. O, oğlunu özü kimi həkim görməyi arzulayıb.

Orta məktəbi bitirən Arif Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutuna daxil olur. İnstitutun sonuncu kursunda təhsil alarkən Arif Mirzəquliyev ardıcıl iki filmə-"Görüş" filmində Kamil və "O olmasın, bu olsun" filmində Sərvər obrazlarına çəkilərək şöhrət qazanır. Təhsilini başa vurub peşəkar aktyor kimi vətənə qayıtmağa hazırlaşan Arifə Bakıdan teleqram gəlir.

Bir cümləlik teleqramda yazılırdı:“Arif, atan ağır vəziyyətdədir. Səni görmək istəyir”. Tələbə-aktyor təcili Bakıya gəlir, atası Teyyub həkim son nəfəsində ona deyir ki, “mən səni aktyor deyil, həkim görmək istəyirəm”.

Bu söz Arifi öz yolunu dəyişməyə məcbur edir və Arif bir daha Ümumittifaq Kinematoqrafiya İnstitutuna qayıtmır. Atasının xahişi ilə Moskvadakı təhsilini yarımçıq qoyaraq Bakıya qayıdan Arif Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur, nevropatoloq ixtisasına yiyələnir. İncəsənətdən uzaqlaşan Arif Mirzəquliyev ömrünün sonuna kimi Bakıda həkim işləyir.

Xəstəxanaların birində həkim işləyən Arif yanına təcrübəyə gələn ikinci kurs tələbələrindən birinə aşiq olur. Onlar ailə qururlar. Sonralar da hər ikisi eyni xəstəxanada, bir otaqda işləyirlər.

Uzun illər onun otağına gənc qızlar gəlib gedir, onun qapısını döyüb baxırlar ki, görək Sərvər kiminlə evlənib… Arif Mirzəquliyev uzaq qohumlarından birinə öz evində müvəqqəti məskunlaşmaq üçün yer vermişdi. Bunun üçün qohumunu qeydiyyata da saldırmışdı.

Günlərin birində evini satmaq istəyən aktyorun köməklik etdiyi qohumu evdən çıxmır. Deyir ki, mən artıq bu evdə qeydiyyatdayam və burada da yaşayacağam. Arif məcbur qalıb evi hökumətə təhvil verəndən sonra onu oradan güclə çıxarırlar…

… Deyilənə görə, “O olmasın, bu olsun" filmində Sərvər roluna əvvəlcə məşhur müğənni Rəşid Behbudovu çəkmək istəyiblər. Həm rejissor, həm də Bədii Şura Rəşid Behbudovu təsdiqləyir.

Hətta ona gələn təbrik məktublarında müğənnini ərkyana Sərvər də adlandırırlar. Vəziyyət isə əksinə olur. Ssenari ilə tanış olan R.

Behbudov qətiyyətlə roldan imtina edir. Səbəb kimi isə özünü bu rol üçün yaşlı sayır. Bildirir ki, “Sərvər gimnaziya tələbəsidir, gəncdir, mən artıq onun üçün qocayam”.

O zaman Behbudovun yaşı 40-a çatırdı. Arif Mirzəquliyev illər sonra-1980-ci ildə 3-cü dəfə kinoya dəvət olunub və o, bir sıra tanınmış aktyorlarla birlikdə “Məşədi İbad-80, yaxud köhnə tanışlar” qısametrajlı filminə çəkilib. Burada yenidən Sərvər obrazını canlandırıb, amma bu dəfə başqa ampluada.

Aktyor 1990-cı il avqustun 4-də Bakıda ürək çatışmazlığından dünyasını dəyişib. Aktyorun qızı Teyyubə xanıma atasının son günlərini müsahibələrinin birində belə xatırlayır: “O günləri yada salmaq çox çətindir. Atam siqareti çox çəkirdi.

İki dəfə infarkt keçirmişdi. Bir dəfə ürəyindən ağrı tutanda özünə söz vermişdi ki, sağalsın, daha siqaret çəkməyəcək. Amma siqareti tərgidə bilmirdi.

Atam hamıya həmişə kömək etmişdi, amma son nəfəsində ona heç kim kömək edə bilmədi. Hətta təcili yardım maşını da hadisə yerinə gecikmişdi. Ürəyindən qəflətən sancı tutması nəticəsində dünyasını dəyişdi.

Atamdan sonra anam çox əziyyətlə yaşadı. Ona yaşamaq demək olmaz… Ömrünün son 4 ilini yataqdan qalxa bilmirdi.

Bir-birlərinə çox bağlı idilər. Anam 2008-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Atamın ölümündən 1 il keçməmiş bütün dostları onu unutdular.

Halbuki, o insanlar atamın sağlığında evimizin yuxarı başında otururdular”…(mənbə:kulis. az) RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗