Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rauf Soltan oğlu Hacıyev — həyatı və yaradıcılığı.
Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakıda doğulub. 3 yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti açılıb. Onu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova 4 yaşından götürərək saxlayıb. Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib.
Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm rolu var. Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və il yarım onunla məşğul olandan sonra Rauf Hacıyev bir neçə mahnı bəstələyib. Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirib.
Sonralar bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında aşağıdakı mahnıları daha çox populyarlıq qazanır: "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və s. O, 15-ə qədər filmə musiqi yazıb və hər bir filmdə möhtəşəm musiqi parçaları var. "Əhməd hardadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s.
filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir. R. Hacıyev 7 operetta yazıb.
Onlardan beşi Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda bu operettalar keçmiş SSRI-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb. R.
Hacıyevin Moskvada tamaşaya qoyulan ilk operettası "Romeo mənim qonşumdur (film, 1963)" adlanır. Həmin əsər əvvəl Bakıda "Qonşular" adı ilə tanınıb. R.
Hacıyevin maraqlı operettalarından biri "Mənim məhəbbətim-Kuba"dır. sər Moskva Operetta Teatrının sifarişi ilə yazılıb. R.
Hacıyev özü Kubada hec zaman olmayıb, lakin onun qarşısında çətin bir vəzifə-Kuba xalqının milli xarakterini, musiqi sənətinin xüsusiyyətlərini açmaq vəzifəsi durmuşdu. Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yolayrıcında" operettalarıdır. 70-ci illərin sonunda R.
Hacıyevin daha bir yeni operettası "Ana, mən evlənirəm" Moskva Operetta Teatrında tamaşaya qoyulur. Onun axırınçı operettası Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş "Ordan-burdan" əsəridir. 1971-ci ildə R.
Hacıyev xaricə işləməyə gedir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi.
R. Hacıyev 60-cı illərdən başlayaraq ictimai işlərdə də fəal çalışıb. O, 1964-cü ildə M.
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq Muzeyi açılır. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilir.
Azərbaycan SSR mədəniyyət naziri (1965–1971), SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1964) Rauf Hacıyev 19 Sentyabr 1995-ci ildə Bakıda vəfat edib. I Fəxri Xiyabanda dəfn olunub… RUHU ŞAD OLSUN!
