Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Xırdalanda doğulub.

Şrift
Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Xırdalanda doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Xırdalanda doğulub..

Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Xırdalanda doğulub. İlk təhsilini mollaxanada alıb. Ancaq anası Hürmət xanım oğlunun din xadimi deyil, savadlı olmasını çox istəyirmiş.

Elə Ağahüseyn Cavadovun da teatra ciddi marağı varmış. O, imkan tapan kimi gedib tamaşaları izləyirmiş. Oğlunu savadlı insan kimi görmək istəyən Hürmət xanım onu mollaxanadan çıxarıb Bakıdakı "Səadət" məktəbinə qoyur.

Ağahüseyn Cavadov 1919-cu ildə həmin məktəbi bitirir. Ancaq maddi vəziyyətləri ona təhsilini davam etdirməyə imkan vermir və ailəsini dolandırmaq üçün bir müddət tacir yanında işləməyə məcbur olur. O, 1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başlayır.

Bölməyə Sidqi Ruhulla rəhbərlik edirdi. 1921-ci ildə yaradılan Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır. 1932-ci ildə teatr Gəncə şəhərinə köçürülür. A.

Cavadov da bir neçə il Gəncədə yaşamalı olur. Sonralar Bakıya qayıdan aktyor fasilələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. 1938-ci ildə isə yenicə təşkil edilən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alır və bu teatrda çalışır.

Burada “Ər və arvad”, “Əlli yaşında cavan”, “Beş manatlıq gəlin”, “Arşın mal alan”, “Toy kimindir”, “Evli ikən subay” kimi tamaşalarda oynayıb. O, Mirzəağa Əliyev, Kazım Ziya, Fatma Qədri, Mustafa Mərdanov, Möhsün Sənani, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Hökumə Qurbanova, Ağasadıq Gəraybəyli kimi ustadlarla bir səhnəni bölüşür. 1942-ci ildən Ağahüseyn Cavadov yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qoşulur və ömrünün sonunadək də bu teatrda çalışır.

Tamaşaçılar onu daha çox yaratdığı komik obrazlarla yadda saxlayıb. O, unikal oyun üslubu, bənzərsiz ifaçılığı ilə tamaşaçıların könlündə taxt qurub. Həmin rolları xatırlayanda istər-istəməz insanın üzünə təbəssüm qonur.

Məsələn, “Görüş” filmində suçu Əbülfəz epizodik rol olsa da, Ağahüseyn Cavadovun mükəmməl ifası ilə bu obrazı tamaşaçının yaddaşına əbədi həkk edə bilib. O, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 1931-ci ildə respublikanın Əməkdar artisti, 1938-ci ildə isə Xalq artisti fəxri adı ilə təltif olunub. A.

Cavadovla bağlı bir çox maraqlı hadisələr də xatırlanır. Teatrşünas İlham Rəhimli “Səhnəsiz gülüş” kitabında olmuş bir əhvalatdan yazır: "Akademik Milli Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşunda Mehdi Hüseynin “Alov” pyesinin tamaşası oynanırmış. Fasilədə aktyorlar bufetdə çay içirlərmiş.

Tamaşadakı Bədəl rolunun ifaçısı, Xalq artisti Mustafa Mərdanov taxma bığ ona mane olduğu üçün çıxarıb yanına qoyur. İkinci pərdə başlayır. Gedəndə bığı götürməyi unudur.

Xalq artisti Ağahüseyn Cavadov da onunla birgə süfrə arxasında oturubmuş. O, Mustafa Mərdanovun bığı yaddan çıxardığını görür, ancaq bir söz demir. Onlar səhnəyə çıxarkən Ağahüseyn Cavadov istehza ilə gülərək deyir: -Mustafa, bığın qaldı bufetdə.

Mehdi müəllim səni bığsız görüb alnına yağlı töhmət yapışdıracaq. Mustafa Mərdanov özünü itirmir. Baxır Ağahüseyn Cavadovun üzünə və qəfildən onun taxma bığını qoparıb tez yapışdırır özünün bığ yerinə.

Cəld addımlarla səhnəyə gedir. Ağahüseyn Cavadov çaşbaş qalır. Əvvəlki, epizodlarda onu bığlı görmüş tamaşaçılarda gülüş doğuracağından qorxub səhnəyə də çıxmır.

Səhəri gün teatrın bildiriş və elanlar lövhəsində “Alov” tamaşasının gedişində səhnə etikasını pozduğuna görə xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət verilsin” elanı asılır”. Ağahüseyn Cavadov həm də nümunəvi ailə başçısı olub. Onun həyat yoldaşı Surat xanımla nikahından 7 övlad-3 qız və 4 oğlan doğulub.

Övladlarından birini erkən yaşda itirən Cavadovlar digər 6 uşağı böyüdüb, boya-başa çatdırıb, hamısını ev-eşik sahibi ediblər. Həyat yoldaşı 57 yaşında dünyadan köçsə də, A. Cavadov ikinci dəfə evlənməyib.

Görkəmli sənətkar ömrünün son illərində şəkər xəstəliyinə tutulmuşdu. O, 1981-ci ilin 20 iyulunda 87 yaşında Bakıda dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn edilib.(mənbə:moder.

az) ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗