Almaz Əsgərova — həyatı və yaradıcılığı

Şrift
Almaz Əsgərova — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Almaz Əsgərova — həyatı və yaradıcılığı.

Almaz Əsgərova 1949-cu ildə Bakıda doğulub. Ə. Əzimzadə adına rəssamlıq məktəbində təhsil alsa da, təhsilini yarımçıq qoyaraq Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur.

Burada tanış olduğu Azər Süleymanovla ailə həyatı qurur. Moskvada kinorejissorluğu bitirib Bakıya qayıdan Azər Süleymanov, Almaza aktrisa olmağı məsləhət görür və tezliklə o, kinostudiyada Adil İsgəndərovun kursuna daxil olur. Almaz bir-birinin ardınca maraqlı obrazlar yaradır-"Qanun naminə"də" Salamatovun xanımı, "Mən ki, gözəl deyildim"də Elmira, "Ulduzlar sönmür"də Fatimə.

Daha sonra "Bir cənub şəhərində" Solmaz, "Ürək… Ürək…", "İstintaq davam edir", "Uşaqlığın son gecəsi" filmlərinə çəkilir. Ustadı Adil İsgəndərov onu çəkəcəyi "Vaqif" filmində Xuraman obrazı üçün hazırlayırdı.

Lakin, onun ölümü bu ideyanın həyata keçməsinə mane olur. Həmin illərdə aktrisa "Tacikfilm"in Firdovsinin "Şahnamə"si əsasında çəkdiyi "Rüstəm və Söhrab" filmində baş rola çəkilir. Nəhayət, Almaz kinoda ən yaddaqalan və son obrazına həyat verir- "Nəsimi" filmindəki Şəms.

Həsən Seyidbəyli Şəms obrazı üçün Almazı sorğu-sualsız dəvət etmişdi. Həyat yoldaşının qəfil ölümü onu sarsıdır və sənətdən getməyə qərar verir. Milli Dram Teatrına dəvət edilsə də, bu təklifi qəbul etmir.

Almaz Əsgərova 1988-ci ilin avqust ayında vəfat edir. Almazın bacısı Səmayə xanım xatırlayır ki, Azərlə Almaz bir-birilərini əfsanəvi məhəbbətlə sevirdilər, yeganə övladları, İlham, hər ikisinin canı idi. Bütün çəkilişlərə bir yerdə gedirlərmiş.

Azərin tənqidini də Almaz ürəklə qəbul edər, məsləhətlərinə qulaq asarmış. Hər yerdə həmişə birlikdə olublar. Lakin, 1983-cü ildə Azərin Moskvada vəfat etməsi Almaz Əsgərovanı sarsıdır.

O, dost-tanışdan, qohum-əqrəbadan, sənətdən ayrılıb özünə qapanır. Almaz Əsgərova 1988-ci ilin avqustunda Bakıda vəfat edir… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗