Həsən Kərbəla — həyatı və yaradıcılığı

Şrift
Həsən Kərbəla — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Həsən Kərbəla — həyatı və yaradıcılığı.

Həsən Kərbəla 1891-ci il sentyabrın 1-də Qazaxda doğulub. İbtidai və orta təhsilini Qazax və Tiflis şəhərlərində alıb. Xarkov Universitetinin Tibb fakültəsini bitirib. 1917-ci il mayında keçirilmiş Ümumrusiya Müsəlmanları Qurultayında Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində iştirak edib.

Azərbaycan Cümhuriyyəti dövründə həkim kimi fəaliyyət göstərib. Aprel işğalından sonra yaradılmış "Gizli Müsavat"a üzv olub və təşkilatın siyasi komissiyasının üzvü olub. 1923-cü il iyunun 14-dən 15-nə keçən gecə "OQPU" tərəfindən "Gizli Müsavat"ın siyasi komissiyasının bütün üzvləri, o cümlədən də Həsən Kərbəla həbs olunublar. 1947-ci ildə II Dünya müharibəsi zamanı əsir düşmüş və müxtəlif düşərgələrdə yaşayan azərbaycanlılara yardım göstərmək məqsədilə yaradılmış Azərbaycan Milli Emiqrasiya Komitəsinin sədri olub.

Komitə əsirlərin SSRİ-yə məcburi qaytarılmasının qarşısının alınması, onların Avropada məskunlaşmasına kömək göstərilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərib. 1952-ci ildə Qafqaz İstiqlal Komitəsinin quruluş konfransında Məhəmməd Əmin Rəsulzadə, Həmid Ataman, Səlim Ağasıbəy, Məhəmməd Əmircanla birlikdə Azərbaycan nümayəndəsi kimi iştirak edib. 1953-cü il martın 22-də, Novruz bayramı münasibətilə Almaniya Federativ Respublikasının Neu-Ulm şəhərində Azərbaycan Milli Emiqrasiya Komitəsinin ümumi toplantısı və seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən, Dr.

Oroys səs çoxluğu ilə yenidən komitənin sədri seçilib, Həsən Xasay, Allahverdi Abbasoğlu, Səmran Məmmədzadə və Məhəmməd Əmircan isə komitə üzvlüyünə seçiliblər. Həmin il, mayın 28-də Dr. Oroysun rəhbərliyi ilə Neu-Ulm şəhərində yaşayan azərbaycanlılar tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 35-ci ildönümü münasibətilə tədbir keçirilib.

Sovet İttifaqını Öyrənmə İnstitutunun nəşri olan "Qafqaz" və Azərbaycan Kültür Dərnəyinin "Azərbaycan" jurnalında məqalələrlə çıxış edib. 1964-cü il mayın 2-də Bad-Kreuznach şəhərində vəfat edib. Mayın 6-da Azərbaycan Milli Mərkəzinin Avropa nümayəndələri tərəfindən Münhendə Valdfriedhof qəbiristanlığında dəfn olunub.

Dəfndə Almaniya Federativ Respublikasında yaşayan azərbaycanlılarla yanaşı digər millətlərdən olan mühacirlər də iştirak ediblər."Paris Bloku" və mühacir Ukrayna Parlamentini təmsil edən, Ukrayna Xalq Respublikasının prezidenti Andrey Levitski, Şimali Qafqazı təmsil edən Həsən Kasay, Türküstanı təmsil edən Sabir İşimbet, erməni mühacirləri təmsil edən K. Balıkçıyan, İdil-Uralı təmsil edən Tevbet və "Hürriyyət Birliyi"ni təmsil edən Dr. F.

Prillen dəfndə çıxış ediblər… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗