“BİRİNCİ GƏLİN-SEVDA”-Tanilə Əhmərova — həyatı və yaradıcılığı

Şrift
“BİRİNCİ GƏLİN-SEVDA”-Tanilə Əhmərova — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə "BİRİNCİ GƏLİN-SEVDA"-Tanilə Əhmərova — həyatı və yaradıcılığı.

"BİRİNCİ GƏLİN-SEVDA"-Tanilə Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda doğulub. Uşaq yaşlarından təhsil aldığı məktəbdəki dərnəkdə çıxış etməyə başlayıb. M.

Əliyev adına Dövlət Teatr İnstitutunun (indiki ADMİU) tələbələri sırasına qoşularaq dövrün ustad sənətkarlarından böyük kino və teatr sənətinin sirlərini öyrənib. 1977-ci ildə ali məktəbi bitirən aktrisa kinoda ilk işinə “Qəribə adam” filmi ilə başlayıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olub. O, "Şir evdən getdi", "Tələ", "Təhminə", “Evlənmək istəyirəm”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qəribə adam” kimi 20-yə yaxın filmdə rolunun miqyasına baxmayaraq tamaşaçı yaddaşında qala bilib.

Tanilə Əhmədova "Qaynana" filmində canlandırdığı "Sevda" obrazı ilə xalqın sevimlisinə çevrilib. 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı ilə təltif olunub. Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə Bakıda vəfat edib… RUHU ŞAD OLSUN!

"İKİNCİ GƏLİN-AFƏT"-İnarə Aleksnadrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada doğulub. Atası azərbaycanlı, anası rus idi. Atası Bakıda yaşayıb, zabit kimi fəaliyyət göstərib.

Bakıda xeyli qohumları olsa da, babası ilə nənəsi boşandıqdan sonra aktrisanın azərbaycanlı qohumları ilə əlaqəsi kəsilib. 1972-ci ildə Rus Teatr İncəsənəti Akademiyasını bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artistidir. İnarə Quliyeva Moskva Operetta teatrının solisti olub. 1978-ci ildə "müsiqili teatr rejissoru” ixtisasını alan İ. Quliyeva rus telekanallarında bir sıra məşhur verilişlərin müəllifidir.

O, bir sıra bədii filimlərdə çəkilib. Sovet İttifaqında populyar film olan "Dövlət sərhəddi”, "Sönən ulduzların işığı” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycanın bir neçə bədii filmlərində rol alıb.

İlk dəfə onu Azərbaycana filmə çəkilməyə yaxın dostu Oqtay Mirqasımov dəvət edib. Rejissor onu Rəşid Behbudov haqqında ekranlaşdırdığı “1001-ci qastrol” filmində İradə roluna çəkilməyə dəvət edib. İnarə Quliyeva "Qayınana”da Afət və "Alma almaya bənzər” filmində müəllimə rolu ilə tamaşaçıların yaddaşında qalıb.

Operetta tamaşalarında çoxsaylı rollar oynayıb. Sonuncu quruluş verdiyi tamaşa Ştrausun "Qaraçı baron” klassik operettasıdır. Hazırda teatr məktəbində həm də dərs deyir və ölkənin müxtəlif teatrlarında rejissorluqla məşğuldur, Moskva Operetta teatrında fəaliyyətini uğurla davam etdirir.

Opera artisti Vitali Mişle ilə ailə qurub… CAN SAĞLIĞI ARZULAYIRIQ!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗