Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İsmayıl Tağıyev Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev ilə onun birinsi xanımı Zeynəbin….
İsmayıl Tağıyev Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev ilə onun birinsi xanımı Zeynəbin ailəsində 1865-ci ildə doğulub. Bakı Real məktəbini 6-cı sinifdən tərk edib. O, Avropanı gəzib və neft sənayesi texnologiyasının inkişafı ilə maraqlanıb və sahibkar kimi, neft hasilatı ilə məşğul olub.
İsmayıl Tağıyev dəfələrlə Avropaya səhayət edib və Avropadakı biznes üsul və vasitələri ilə yaxından tanış olub. Bu zaman o kadet rütbəsi daşıyıb. 18. 08. 1895-ci ildə Bakı Real məktəbinin fəxri himayədarı kimi təsdiq edilib və bu zaman artıq Rusiya İmperiyasının Dövlət Müşaviri rütbəsində olub.
1898-1905-ci illərdə İsmayıl Tağıyev ailə biznesinin idarə edilməsi məqsədi ilə Moskvada yaşayıb və şəhərin kerosin təminatı ilə məşğul olub. Həmin vaxt o Balakişi bəy Ərəblinskinin qızı Nurcahan Ərəblinskaya ilə evlənib. 1905-ci ildən İ.
Tağıev Konstitusiyalı Demokratiya Partiyasının üzvü olub və 6 fevral 1907-ci ildə Rusiya İmperiyasının II çağırış Dövlət Dumasının deputatı, müsəlman fraksiyasının üzvü seçilib, amma heç bir iclasda iştirak etməyib. Belə hesab edilir ki, müsəlman əhali onun atasına hörmət əlaməti olaraq, İsmayıl Tağıyevi deputat seçiblər. Sonrakı illər müsəlman icması ona dəfələrlə öz vəzifələrini icra etməyi, ya da deputat mandatından imtina etməyi xahiş etsə də, i.
Tağıyev bu xahişi cavabsız saxlayıb. Nəticədə İmperiyanın 5-ci böyülk şəhəri (S. Peterburq, Moskva, Kiyev, Varşava, Bakı) olan Bakı Dövlət Dumasında təmsilçisiz qalıb.
Atası H. Z. Tağıyev İsmayılın həyat yoldaşı Nurcahanın kiçik bacısı Sona ilə ailə həyatı qurandan sonra İsmayıl ilə atasının münasibətləri pozulub, nəticədə İsmayıl Osmanlı İmperiyasına köçüb.
İsmayıl Tağıyev 1930-cu ildə vəfat edib. Həyat yoldaşı Nurcahan Tağıyeva (Ərəblinski) general Balakişi bəy Ərəblinskinin böyük qızıdır. Hacı Zeynalabdin Tağıyev öz oğlugildə qonaq qalanda evdə İsmayılın baldızı (Nurcahan xanımın kişik bacısı) Sona Ərəblinski (1881-1938) Zeynalabdının xoşuna gəlib.
Bir müddət sonra Zeynalabdin Tağıyev Sonanın atası, Rusiya İmperiyasının generalı Balakişi bəy Ərəblinskidən qızını istəyib (elçi düşüb), Balakişi bəyin razılığı ilə Zeynalabdinlə Sona evləniblər və Sona Tağıyeva soyadını qəbul edərək, Hacı Zeynalabdin Tağıyevin ikinci arvadı olub. Oğlu Əbdürrəhman Tağıyev (1897 – 1983)-inşaat mühəndisi, Türkiyə İnşaat Mühəndisləri Birliyinin üzvü olub. Sona Özdaş (Tağıyeva) (1932-2011) – Əbdürrəhman Tağıyevlə Faika Onatın (Takı) (1903 – 1993) qızıdır, Türkiyənin Dövlət katibi, professor Mehmet Nimet Özdaşın həyat yoldaşı olub.
Oğlu İbrahim Tağıyev-Böyük qardaşı Əbdürrəhman 1920-ci illərdə sovet işğalından sonra Türkiyəyə qaçıb mühacirət həyatı yaşasa da, İbrahim Tağıyevin Bakıda qaldığı ehtimal edilir. 1920-ci ilin aprel çevrilişindən sonra Tağıyevlər ailəsinin Bakıda qalan demək olar ki, bütün üzvləri ciddi təqiblərə, mülklərinin müsadirəsinə və 1930-cu illərin Stalin repressiyalarına məruz qalıb. İbrahim İsmayıl oğlunun da sovet dövründə "bəy-milyonçu nəvəsi" statusuna görə repressiya qurbanı olduğu və ya gənc yaşlarında vəfat etdiyi qeyd olunur (bu səbəbdən onun sonrakı nəvə-nəticə qolu barədə rəsmi şəcərə sənədlərində geniş məlumat yoxdur). Qızı Fatma Tağıyeva-Atası və böyük qardaşı ilə birlikdə Türkiyəyə mühacirət edib, orada ailə qurub və başqa soyad daşıyıb…
