Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.
Dəyərli dostlar! Azərbaycan tarixi dərsliklərində mədəniyyət mövzusu ilə bağlı adı çəkilən filmlərdəki obrazların taleyi barədə paylaşımlarımızı davam etdiririk. Bu dəfə uşaqlıq illərindən sevərək izlədiyimiz "Bir qalanın sirri" filmindəki Mətanətin əslində kim olması ilə bağlı danışacağıq.
Həmin obrazı canlandıran Tamara Kokova 15 mart 1934-cü ildə Kabarda-Balkariya Sovet Respublikasının Nalçik şəhərində dünyaya gəlib. O, 1958-ci ildə Anatoli Lunaçarski adına Teatr İncəsənəti universitetini bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Dövlət aktyor Teatrının aktrisası olub. 1971-ci ildən RSFSR-in əməkdar artistidir. Aktrisa karyerasınn böyük hissəsini Qafqaz filmlərinə çəkilib.
O cümlədən, Azərbaycan filmlərində də maraqlı obrazlar yaradıb. Ən yaddaqalan obrazı isə şübhəsiz ki, "Bir qalanın sirri" filmindəki Mətanət obrazıdır. Aktrisa film karyerasına yaşadığı ağır avtomobil qəzası nəticəsində son qoyub.
O, hazırda həyat yoldaşı, vəkil kimi fəaliyyət göstərən Mark Voznesenski ilə birlikdə Moskvada yaşayır. Tamara Kokovanın çəkildiyi bəzi filmlərin adlarını sizə təqdim edirik: Sevimli şərfim (1956) Bir məhəllədən iki nəfər (1957) Fatimə (1958) Bir qalanın sirri (1959) Uçqun (1959) Həmzə (1961) Zümrüd (1962) Öz qəlbindən soruş (1964) İyirmialtılar (1966) Ağ royal (1966) Torpaq, Dəniz, Od, Səma (1967) Kaniyuta mağarasının sirri (1968) Alovlar içində (1968) Ataların torpağı (1968) Ulduzlar sönmür (1971) Üçüncü qızım (1971) Simurq (1972) Karvan (1973) Atıcı (1981) P. S.
Yaddaşımızda "Mətanət bacı" kimi qalan Tamara xanıma can sağlığı arzulayırıq…
