Şirinbəyovlar soyuna məxsus olan Tağı bəyin ulu babası Əlinağı bəy Şuşada yaşayıb.

Şrift
Şirinbəyovlar soyuna məxsus olan Tağı bəyin ulu babası Əlinağı bəy Şuşada yaşayıb.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Şirinbəyovlar soyuna məxsus olan Tağı bəyin ulu babası Əlinağı bəy Şuşada yaşayıb..

Şirinbəyovlar soyuna məxsus olan Tağı bəyin ulu babası Əlinağı bəy Şuşada yaşayıb. O, Mehri xanımla ailə qurmuş, bu nikahdan Şirin bəy adlı oğulları dünyaya gəlmişdi. Şirin bəy isə Kərbəlayı Tükəzban xanımla ailə qurmuşdu, onların Hüseyn, Həsən, Tağı, Zeynal və Məhəmməd bəy adlı oğulları var idi.

Şirin bəyin üçüncü oğlu Tağı bəy 1840-cı ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini mollaxanda almış, rus-tatar məktəbində təhsilini davam etdirmişdi. Türk, fars, ərəb, rus və fransız dillərini bilirdi.

Ticarətlə məşğul idi. Tağı bəy II dərəcə gildiya taciri idi. Tağı bəy Şirinbəyov əsasən Rusiyanın Vladiqafqaz, Petrovsk (indiki Mahaçqala) şəhərlərində ticarətlə məşğul idi.

Şuşa şəhərinin xarici ticarətinin inkişafı və çiçəklənməsini Rusiya ilə bağlasalar da, bir çox rus məmurları ticarət karvanlarının təhlükəsiz hərəkətlərini təmin etmək əvəzinə, özləri də quldurlarla birləşir, talan edilmiş malları bölmək məqsədilə ticarət yolları üzərindəki karvanların talan edilməsinə şərait yaradırdılar. Çar hökumətinin qanunlarına görə, tacirlər basqınlara məruz qalanda yerli hakimlər talan edilmiş malları ya tapmalı, ya geri qaytarmalı və yaxud da ticarət hesab kitabına uyğun qiymətlə onun dəyərini ödəməli idilər. Müsəlman tacirlərə barmaqarası baxan çar məmurları günü-gündən daha da azğınlaşırdılar.

Tağı bəy Şirinbəyovun haqqı pozulduğu üçün hökumətdən qaçaq düşərək, qardaşı Kərbəlayı Məhəmməd bəyin dəstəsinə qoşulur. Sonra özü müstəqil qaçaq dəstəsi yaradır. 1880-ci ilə aid polis məruzələrindən aydın olur ki, Tağı bəyin qaçaq dəstəsində Kərbəlayı Dadaş Hacı Hüseynəli oğlu, Nəsir Kərbəlayı Namaz oğlu, Bəşir Məşədi Abış oğlu, Nəsir Əmiraslan oğlu, Kərbəlayı Həsən Kərbəlayı Mehdiqulu oğlu adlı adamlar da var idi. Qaçaqlıq həyatı yaşayan Tağı bəyin dəstəsinin gizləndiyi yer Xənəzək və Cəmilli arasındakı meşəlik idi.

Tağı bəy Şirinbəyov 7 aprel 1872-ci ildə Şuşa qəbirstanlığının yanında Yurkovskini cəzalandırmışdı. O, öz dəstəsi ilə 1881-ci ildə gecə basqınlarının birində qaravul nəfərlərindən biri olan sıravi Akim Fişenkonu yaralamışdı. Şuşa şəhərindəki erməni əsilli gecə gözətçiləri şikayət edirdilər ki, Tağı bəyin atdığı güllələr qulağımızın dibindən keçir. 1886-cı ildə Tağı bəy Şirinbəyov Gəncədə həbsxanaya salınır.

Ona 5 il iş kəsildikdən sonra, sürgünə göndərilir. Sürgündən dönəndən sonra Bakı şəhərində yaşamağa başlayır. Şəhərin bazarlarında bir neçə dükan açıb, istifadəyə verir.

Sonra tütün fabriki açır. Tez bir zamanda iş adamı kimi tanınır. Qardaşı Kərbəlayı Həsən bəyin övladlarını Bakıya dəvət edir.

Şəhərin görkəmli guşələrində torpaq sahəsi alıb, evlər tikdirir. O, kapitalını ancaq bina tikintisinə deyil, həm də xalqının maariflənməsinə sərf edir. Tağı bəy Şirinbəyovun fabrik və ticarət müəssisələrinin illik ticarət dövriyyəsi artıq 200 min rubla çatmışdı.

O, Qarabağda olduğu kimi, Bakı şəhərində də kimsəsizlərə, evsiz-eşiksizlərə, kasıblara, qoca və xəstələrə arxa durur, təhsil almağa imkanı olmayan uşaqlara əl tutur, onların oxumasına yardım edirdi Tağı bəy Şirinbəyov Bakı şəhərində "Qarabağlılar" məscidinin tikintisinə xeyli vəsait ayırmışdı. O, azad sahibkarlığı, iş imkanını genişləndirmək istəyirdi, lakin erməni qatil və quldurları imkan vermədilər. Tağı bəy Şirinbəyov 1906-cı ildə Bakı şəhərində ermənilər tərəfindən öldürülür.

Mir Möhsün Nəvvab Tağı bəyin ölümü haqqında yazırdı: "Həmin gün bizim qarabağlı Tağı bəy Şirin bəy oğlunu qardaşı uşaqları evlərinə qonaq çağırmışdılar. Tağı bəy Şirin bəy oğlu faytonla həmin küçədən keçərkən Lalayevin evindən həmin quldurlar tərəfindən atəşə tutularaq öldürülmüş, faytonçu isə bir neçə yerindən ağır yaralanmışdı"… Tağı bəy Şirinbəyov Göyçək xanımla ailə qurmuşdu.

Onların bu nikahdan Böyükkişi adlı oğlu, Tükəzban və Zəhra xanım adlı qızları dünyaya gəlmişdi… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗