Sirus Xudadat oğlu Təbrizli — həyatı və yaradıcılığı

Şrift
Sirus Xudadat oğlu Təbrizli — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sirus Xudadat oğlu Təbrizli — həyatı və yaradıcılığı.

Sirus Xudadat oğlu Təbrizli 1942-ci il mayın 9-da Təbriz şəhərində doğulub. Ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi.

Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu- 90-cı illərin əvvəlində Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başlayır. 1992-ci ildə Sirus Təbrizlinin də daxil olduğu və tarixə "91-lər" olaraq düşən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu.

Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular. Sirus Təbrizli 1995-ci il noyabrın 12-də Azərbaycan Milli Məclisinə I çağırış seçkilərində iştirak etdi. 13 saylı Nizami rayonu II seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü olan Sirus Təbrizli majoritar yolla Milli Məclisin deputatı seçildi. Deputat fəaliyyəti dövründə o, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Sirus Təbrizli Milli Məclisdə fəaliyyət göstərdiyi zaman kəsiyində Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanın mətbuat və informasiya naziri təyin edildi. Nazir təyin olunduğu üçün Sirus Təbrizlinin deputat mandatı ləğv edildi. Sirus Təbrizli 2000-ci il noyabrın 5-də baş tutan Azərbaycan Milli Məclisinə II çağırış seçkilərinə qatıldı. 13 saylı Nizami-Xətai rayonları seçim dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü olan Sirus Təbrizli majoritar seçimin nəticəsində növbəti dəfə Milli Məclisə seçildi.

Sirus Təbrizli Milli Məclisdə səlahiyyətlərinə həmin il noyabrdın 25-dən sonra başladı. Həmin tarixdə o, Azərbaycanın mətbuat və informasiya naziri vəzifəsindən azad edildi. Sirus Təbrizli Yeni Azərbaycan Partiyasının üzvü olduğu müddət ərzində daim partiyanın apardığı siyasətdə olan nöqsanları tənqid edənlərdən biri olub. 2007-ci il martın 27-də Yeni Azərbaycan Partiyası Siyasi Şurasının qərarı ilə çıxışlarının birində Yeni Azərbaycan Partiyasını "Simasız Quldurlar Partiyası" adlandırdığı üçün partiyadan uzaqlaşdırılmışdı.

Sirus Təbrizli 2013-cü il sentyabrın 7-si səhər saatlarında Xaçmaz rayonunun Nabran qəsəbəsində istirahət etdiyi bağ evində vəfat edir. Vəfat səbəbi olaraq qan-damar çatışmazlığı göstərilir. Sirus Təbrizlinin dəfn mərasimi bir gün sonra, sentyabrın 8-də saat 15. 00 radələrində baş tutdu.

Dəfn mərasiminə iqtidar nümayəndələri ilə yanaşı, müxalifət nümayəndələri də qatıldı. Onların sırasında Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, paytaxtın meri Hacıbala Abutalıbov, Milli Məclisin üzvləri Eldar İbrahimov və Mübariz Qurbanlı, həmçinin, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov, Milli Şuranın sədri Cəmil Həsənli də var idi. Sirus Təbrizlinin dəfn olunması üçün əvvəlcə II Fəxri Xiyaban nəzərdə tutulsa da, ailə üzvləri onun arzusunun yaxın dostu, Azərbaycan Milli Məclisinin I, II və III çağırış deputatı olan Anar Məmmədxanovun yanında dəfn olunmaq istəməsi olduğu bildirdi.

Sirus Təbrizli istəyinə uyğun olaraq III Fəxri Xiyabanda torpağa tapşırıldı. Amma, Sirus Təbrizlinin qızı Sevinc Təbrizlinin 2017-ci ildə KİV-lərin birinə verdiyi müsahibə zamanı, atasının Anar Məmmədxanovun yanında dəfn olunmaq istədiyi haqqında olan məlumatların həqiqətə uyğun olmadığını və atasının heç II Fəxri Xiyabanda dəfn olunmasının nəzərdə tutulmadığını bildirdi. O, atasının orada dəfn olunmasının təsadüf olduğunu bildirmişdi.

RUHU ŞAD OLSUN! P. S.

Dostlar, bəs siz onu necə xatırlayırsınız? Yazın, tarixi birlikdə öyrənək!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗