Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Hüseynağa Sadıqov 14 mart 1940-cı ildə Bakı şəhərində doğulub. 1958‐ci ildə 132№‐li orta m….
Hüseynağa Sadıqov 14 mart 1940-cı ildə Bakı şəhərində doğulub. 1958‐ci ildə 132№‐li orta məktəbi, 1963-cü ildə isə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirib.
İnstitutun nəzdində aspiranturada oxuyub. Eyni zamanda Ümumittifaq "İnturist" Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləyib. 1962‐ci ildən "İnturist"də işlər idarəsinin müavini, 1970‐ci ildən Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı olub. 1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirib. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışıb. 1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olub.
SSRİ-nin Almaniya Demokratik Respublikasındakı Baş Konsulluğunda və Berlindəki səfirliyində diplomatik vəzifələrdə çalışıb. 1988–1991-ci illərdə Azərbaycan SSR-in Xarici İşlər naziri vəzifəsində çalışıb. Ondan əvvəl bu vəzifəni Elmira Qafarova icra edib. 1991-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri vəzifəsinə təsdiq edilib. 1992-ci ildə bu vəzifəyə Tofiq Qasımov təyin edilib. Qeyd edək ki, 1989-cu ildə ona SSRİ-nin I dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi-Müşaviri, 1992-ci ildə isə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri diplomatik dərəcələri verilib. 1992-ci ildə Azərbaycan Respublikasının Almaniya, İsveçrə, Belçika, Niderland, Lüksemburq və Avstriyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunub.
Azərbaycan və Almaniya mətbuatında beynəlxalq siyasət sahəsində 50-dən artıq məqalə və yazıların müəllifidir…
