Abdulla Sur — həyatı və yaradıcılığı

Şrift
Abdulla Sur — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Abdulla Sur — həyatı və yaradıcılığı.

Abdulla Sur 1882-ci ildə Gəncədə doğulub. İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində alıb, müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənib. Çox gənc yaşda- 1899-cu ildə təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlayıb.

1906-cı ildə İstanbula gedib və İstanbul Universitetində təhsil alıb. İlk məqalələri 1903-cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-rus" qəzetində çap olunub. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir.

Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam edib. O, Qafqazın müxtəlif mətbuat orqanlarına A.

Sur, Qafqasiyalı, A. Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə, Bir Adam və başqa imzalarla məqalələr yazıb. "Şərqi-rus" bağlandıqdan sonra yenidən Gəncəyə qayıdan Abdulla Sur burada müəllimlik fəaliyyətini davam etdirir, eyni zamanda "Həyat" və "İrşad" qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazır.

1906-cl ildə Abdulla Sur İstanbula gedir. İki il yarım burada yaşayaraq, İstanbul Darülfünunda (Universitetində) ədəbiyyat müəllimi kimi çalışır. Türk qəzetlərində məqalələri çap olunur.

Ən böyük və ən önəmli əsərini "Türk ədəbiyyatına bir baxış" kitabını yazmağa başlayır. Həcmi min səhifədən artıq olan bu kitabı bitirsə də, çap etdirmir. Əlyazma halındakı kitabın çox hissəsi itib, yalnız ayrı-ayrı parçaları qalıb.

İstanbulda 1908-ci ilin noyabr ayına qədər yaşayan Abdulla Sur burada Osmanlı ədəbiyyatı haqda araşdırmalar aparıb, İbrahim Şinasinin "Şair evlənməsi" əsərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirib. Rus dilində yazılmış coğrafiyaya dair bir kitabı da türkcəyə çevirib. Bütün bunlardan əlavə üç cildlik bir antalogiya hazırlamağa başlamışdı.

Azərbaycana qayıtdıqdan sonra Abdulla Surun vətəninin mədəniyyət həyatına daha böyük qatqısı olub. O, 1910-cu ildə Gəncədə "Ədəbiyyat və Sənət" cəmiyyəti qurmuşdu. Bu cəmiyyətin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq, onların qarşıdakı təhsillərinə kömək etmək idi.

Abdulla Sur dilin və üslubun sadəliyi, başa düşülən olması məsələsinə olduqca böyük önəm verirdi. Buna görə də o, əsərlərini ərəb, fars və türk dillərinin sintezindən ibarət bir dildə yazan Əbdülhaq Həmid, Tofiq Fikrət, Məhəmməd Hadi kimi görkəmli şair və yazıçıların yaradıcılığını tənqid atəşinə tutur, onların işlətdikləri süni dilin əsərlərindəki fikrin və düşüncələrin başa düşülməsinə əngəl yaratdığını iddia edirdi. XX əsrin tanınmış şairlərindən olan Əhməd Cavad Gəncədə Abdulla Surdan ədəbiyyat dərsləri alıb və onun təsirində qalıb.

A. Sur isə Firidun bəy Köçərlini özünün müəllimi saymaqla bərabər "Azərbaycan Ədəbiyyatı" əsərinin yazılmasında ona kömək edib. Abdulla Sur 1912-ci il may ayının 8-də ağır xəstəlikdən sonra Tiflis xəstəxanasında dünyasını dəyişib və Gəncədə dəfn olunub…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗