Abdulla Məşədi Sadıq oğlu — həyatı və yaradıcılığı

Şrift
Abdulla Məşədi Sadıq oğlu — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Abdulla Məşədi Sadıq oğlu — həyatı və yaradıcılığı.

Abdulla Məşədi Sadıq oğlu 1888-ci ildə Gəncədə doğulub. Əslən Urmiyalıdır. 1906-cı il sentyabrın 1-dən 1912-ci il iyunun 2-dək Gəncə Kişi Gimnaziyasında təhsil alıb.

Gimnaziyanı bitirdikdən sonra 1912-ci ildə Kiyev Kommersiya İnstitutunun kommersiya-texnika bölməsinə daxil olub. Təhsil haqqını ödəməkdə çətinlik çəkdiyi üçün 1914-cü ildə institutdan kənarlaşdırılıb. 1915-ci ildə V semestrə bərpa olunub. Lakin, 1916-cı ildə yenidən təhsil haqqını ödəmədiyi üçün institutdan kənarlaşdırlıb. 1916-cı ildə yenidən bərpa olunub.

Təhsil haqqını ödəyə bilmədiyi üçün V semestrdə saxlanılıb. Oktyabr inqilabından sonra Azərbaycana qayıdıb. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti qurulub.

Abdulla bəy 1919-cu il iyulun 28-də Gəncə şəhərində əmək müfəttişi təyin olunmaq üçün müraciət edib. Avqustun 10-da eyni vəzifəyə Şəkiyə təyin olunub. Lakin ora getməkdən imtina edib. 1919-cu il avqsutun 18-də Azərbaycan Cümhuriyyəti Xalq maarif nazirinə təhsilini davam etdirmək üçün hökumət hesabına xaricə göndərilən tələbələrin siyahısına salınması üçün müraciət edib.

Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Abdulla bəy 1919-cu il oktyabrın 25-də Azərbaycan Cümhuriyyəti xalq maarif naziri Rəşid xan Qaplanovun əmri ilə Gəncə şəhəri Ələkbər bəy Rəfibəyov adına 17 nömrəli məktəbə əlifba sinfinin müəllimi təyin olunub.

Abdulla bəy ali təhsil almaq üçün xaricə göndərilmək üçün seçilmiş tələbələrdən biri olub. 1919-cu il noyabrın 27-də təhsilini davam etdirmək üçün Azərbaycan Cümhuriyyəti tərəfindən 21 min manat təqaüd alıb. Ali təhsilini bitirməsi barədə məlumat yoxdur. 1921-ci ildə Tovuz Qəzası Xalq Maarif Şöbəsinin müdiri olub. 1922-ci ildən sonrakı həyatı haqqında dəqiq məlumat yoxdur…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗