Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qazi Məhəmməd — həyatı və yaradıcılığı.
Qazi Məhəmməd 1837-ci ildə Qusarın Xuluq kəndində doğulub. Rus imperiyasının yerli əhaliyə edilən zülmlərə cavab olaraq cihad elan edən hərəkatın rəhbəri kimi tanınır. 1837-ci ilin mart-aprel aylarında Qazi Məhəmməd Xuluqvi ləzgi ağsaqqallarla birlikdə Qafqaz canişinliyinin mülki idarəsinin başçısı Cozef Reuttə müharibə başlatmadan, öz etirazlarını bildirib bir ərizəsi təqdim etdilər.
Reutt əvvəlcə yerli əhalininin bu tələbləri haqlı oluğunu və onlarla razılaştığını deyir. Bu da üsyana hazırlaşan yerli sakinləri müvəqqəti olaraq sakitləşdirir. Amma bu tələblərin sadəcə bir qismi yerinə yetirilir və bir aydan sonra Qazi Məhəmməd on ağsaqqalla birlikdə Reuttdan ərizənin qalan bəndlərinin yerinə yetirilməsini tələb edir, əsasən də vergilərin azaldılmasını.
Bu dəfə isə Reutt qonaqlara heç bir reaksiya vermir. Avqust ayında Qazi Məhəmməd Şeyx Məhəmməd Kuravinın müridizm tələbəsi olan Avar imam Şamillə yazışır və bir məktub alır. Məktubda Şamil rusların mədəni və nəzakətli dildə anlamayacağını və rus hakimiyyətinin sənədlərinin dəyərsiz olduğunu deyir.
Qazi Məhəmməd məktubu oxuduqdan sonra silahlı müqavimətin zəruriliyi ilə bağlı fikrinə əmin olur və qızının toyunu qeyd etmək bəhanəsi ilə həmfikirlərini müzakirəyə toplayır. Avqustun 20-də ətraf kəndlərdən silahlı müridlər toplaşıb Cibir kəndinə cihad elan etmək üçün getdilər. Burada üsyanın strategiyası və planı hazırlanıb, Qubaya getmək qərarı alınır.
Bu arada Abrek Əli öz təşəbbüsü ilə Hil tarlalarında dayanan kazak otçularını əsir götürür. Lakin bu addımı İmam Məhəmməd dəstəkləmir və Əliyə məhbusları azad elətdirir. Sonra Qazi Məhəmməd və Abrek Əli birlikdə Xudatdaki Rus postuna hücum edib, heç qan tökmədən bütün bütün Rus qarnizonunu əsir alır.
Qazi Məhəmməd ruslara müharibə elan edir və rəsmi olaraq imam seçilir. Bu üsyan demək olar ki, bütün Quba əyalətini əhatə edir. Müridlər,yəni imamın əsgərləri Cibirdəki 400 nəfərdən 12 000 nəfərə qədər artaraq Qudiyalçayın sahilində İmamın əmrini gözlüyürlər.
Hətta üsyana qatılmaq üçün yerli ləzgilərlə yanaşı Dağıstanın cənubundan da ləzgilər gəlib orduya qoşulur. İmam Qazi Məhəmməd ərazi əsasında naibləri təyin edir və Rus imperyasıyla müharibəni planlaşdırmaq üçün hərbi şura çağırır. Bu vaxt Qubanın müdafiəsinə şəhər komendantı rus mayoru İşçenko nəzarət edirdi.
Ləzgilərin Quba hücumu zamanında hətta qalanın divarları qismən dağılır. Bu zaman Quba şəhərin əhalisi də üsyana dəstək verərək Qazi Məhəmmədin qoşunları ilə əməkdaşlıq edir. Mühasirə 1837-ci il sentyabrın 4-də başlayır.
Lakin bəzi səbəblərə görə Qubanı ələ keçirmək üçün dəfələrlə edilən cəhdlər uğursuz oldu və ləzgilər xeyli itki verərək Yəhudi qəsəbəsinə çəkildilər. Hətta fərqli inanca sahib yəhudilərin də müsəlman ləzgilərə bu dar anda köməyinə baxmayaraq, Qafqazdaki bəzi xalqlar ləzgilərə qarşı xainlik edir. Beləliklə, rus imperiyasına sadiq qüvvələrin arasında: gürcü xətt batalyonlarının iki dəstəsi, general L.
Y. Savarsamidze və general Fezenin komandanlığı altında olan çar ordusunun 3200 əsgəri, habelə yerli Azərbaycan və Dağıstan hökmdarlarının bəzi qüvvələri, o cümlədən, xainlik edən əslən lak olan Qaziqumuq xanın qoşunları və Şirvan milisləri ləzgi müsəlmanlara qarşı savaşdılar. Uğursuz müqavimətdən sonra İmam Qazi Məhəmməd Kürə xanlığına köçüb öz ailəsini ruslardan xilas etməyə çalışır, lakin orda da ona xainlik edən əslən lak olan Qazqumuq xanı Məmməd-Mirzə tərəfindən rusların əmri ilə özü və ailəsi həbs edilir.
Üsyanın 40-a yaxın iştirakçısı həbs edilir, amma sadəcə Abrek Yar-Əli son anda qaçaraq özünü xilas bilir. Qazi Məhəmməd Quba üsyanının digər 36 lideri ilə birlikdə məhkəməyə çıxarılır və ifadə verirlər. O, ölüm hökmünə məhkum edilir və hətta üsyanda iştirak etməyən oğlu Novruzu Kaluqaya sürgün etməli idilər, amma Novruzun 1838-ci il oktyabrın 17-də müammalı şəkildə “qızdırmadan” vəfat etməsi səbəbiylə bu baş vermir…
