1920-ci il, avqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi silahlı üsyan qaldırdı,…

Şrift
1920-ci il, avqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi silahlı üsyan qaldırdı,…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1920-ci il, avqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi silahlı üsyan qaldırdı,….

1920-ci il, avqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi silahlı üsyan qaldırdı, kənddə 2 nəfər milisi öldürdülər və yeni hakimiyyətə itaətsizliklərini bəyan etdilər. Üsyanın qarşısını almaq üçün qəza komitəsi kəndə 4-cü süvari alayından 45 nəfərlik dəstə göndərdi. Lakin, dəstə üsyanı yatıra bilmədi və çoxlu itki verdi.

Dəstədən yalnız 6 nəfər xilas oldu. Qubanın hərbi komissarı Kuzun kəndində sovet hakimiyyətinin bərpa olunması üçün bir taqım və pulemyotçu göndərdi. Avqustun 26-da Kuzun kəndinin üsyançıları ilə sovet qüvvələri arasında yeni döyüş oldu.

Kənd əhalisi bu dəfə də ciddi müqavimət göstərdi. Avqustun 29-da Qubanın 4 verstliyində sovet qüvvələri ilə üsyançılar arasında yeni vuruşma baş verdi.100 nəfərlik sovet qüvvələri xeyli itki verdilər. Sentyabrın əvvəllərində üsyançıların silahlı dəstəsi artıq formalaşmışdı.

AXC ordusunun zabiti Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də var idi. Sentyabrın 3-də səhər saat 7-də üsyançılar Dəvəçi-Xaçmaz üzərinə hücum etdlər. Onların qarşısına 7-ci süvari dəstəsi çıxarıldı.

Gərgin döyüşdən sonra sovet-bolşevik döyüşçüləri mövqelərini qoruyub saxlaya bildilər. Xaçmaz yaxınlığında bolşeviklərin zirehli qatarı da dayanmışdı. Üsyançılar elə mövqelərdə yerləşmişdilər ki, zirehli qatardakı topların atəşi onlara çatmırdı.

Çərxi stansiyası ətrafında da yeni rejimlə razılaşmayan yerli əhalinin silahlı dəstəsi təşkil edilmişdi. Quba ərazisindəki güclü dəstələrdən birinə də AXC Parlamentinin keçmiş deputatı Həmdulla əfəndi Əfəndizadə rəhbərlik edirdi. Onun öz qardaşı Şəmsəddin Əfəndi, türk zabiti İsmayıl Əli Əfəndi, milli ordunun zabitləri Səttar Əfəndiyev ilə Şükür bəy də üsyana başçılıq edirdilər.

Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920-ci il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edilmişdi. Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev və Levan Qoqoberidzeni orays ezam etmək, Qəzənfər Musabəyovu isə Quba qəzasının fövqəladə komissarı təyin etmək barədə qərar qəbul etdi. Qəzənfər Musabəyov 1920-ci il sentyabrın 11-də Quba əhalisinə müraciət etdi.

Bu müraciətdə Həmdulla əfəndinin və Mailin rəhbərliyi altında qəzada baş qaldıran üsyan haqqlnda, onun yatırılması haqqında məlumat verilirdi. Musabəyov sovet hakimiyyəti adından üsyanda iştirak edən əhaliyə amnistiya elan edir və silahlıları öz silahlarını təhvil verməyə çağırırdı. 5–6 min nəfərin iştirak etdiyi Quba üsyanı sentyabr ayında amansızlıqla yatırıldı.

Üsyanı yatırmaq üçün bölgəyə ezam olunmuş Əliheydər Qarayev və Levan Qoqoberidzenin rəhbərlik etdiyi əməliyyatlarda 400–500 kəndli öldürüldü. Bəzi kəndlər mərmi atəşlərindən alışıb yandı. Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkildi.

Üsyançı kəndlər isə bolşeviklərin nəzarəti altına keçdi. Bəs Karvan Qoqoberidze kimdir? O, 1896-cı ildə Kutaisi quberniyasının Pridonaan-Djixaişi kəndində doğulub.1918-ci ildən Bolşeviklərin Qafqaz Diyar Komitəsinin və Bakı komitəsinin üzvü olub.1918-ci ildə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetində komissarın müvəkkili vəzifəsinə dəvət olunub.1919-cu ilin may ayında bakı fəhlələrinin tətillərinə rəhbərlik edib.

1920-ci ildə Quba üsyanının yatırmaq üçün Əliheydər Qarayevlə birgə bölgəyə ezam olunub. 1923–1924-cü illərdə Gürcüstan Xalq Komissarları Sovetinin sədr müavini, 1924–1925-ci illərdə Acarıstan Muxtar SSR-nin Kommunist partiyasının birinci katibi olub.1925–1926-cı illərdə 1921-ci ildə ölkəni tərk etmiş gürcü siyasi mühacirlərini bölmək məqsədilə Parisdə siyasi və kəşfiyyat işləri ilə məşğul olub. 1930-cu ildə Gürcüstan Kommunist partiyasının birinci katibi olub.

1930–1934-cü illərdə Qırmızı Professorlar İnstitutunda təhsil alaraq, SSRİ Xalq Təchizat Komissarlığında fəaliyyət göstərib.14 dekabr 1936-cı ildə həbs olunub və əksinqilabi fəaliyyətdə təqsirli bilinərək 21 mart, 1937-ci ildə güllələnib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗