Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Salahəddin Həsən oğlu Kazımov 22 dekabr 1920-ci ildə Zaqatala rayonunun (o vaxtlar Zaqata….
Salahəddin Həsən oğlu Kazımov 22 dekabr 1920-ci ildə Zaqatala rayonunun (o vaxtlar Zaqatala qəzası idi) Qass kəndində (indiki Dağlı bələdiyyəsinin tərkibində) dünyaya göz açıb. 1941-ci ildə hərbi xidmətə çağırılıb. 1942-ci ilin aprelindən Mərkəzi cəbhədə 13-cü ordunun tərkibində, 62-ci artilleriya alayında batalyon komandiri vəzifəsində döyüş əməliyyatında başlayib. Milliyətcə saxurdur. Baş leytenant rütbəsndə olarkən Desna, Dnepr və Pripyat çaylarının keçilməsi əməliyyatlarında fərqlənib.
1943-cü il sentyabrın 22-23-də Dnepr çayını keçərkən sərrast atəş ilə düşmənin atəş nöqtələrini məhv edərək alayın Dneprin sağ sahilinə keçməsini və hücüm əməliyyatının Çerniqov və Qomel istiqamətlərində genişlənməsini təmin edib. 1943-cü il oktyabrın 16-da Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibədən sonrakı dövrdə Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində işləyib və general-mayor rütbəsində nazir müavini vəzifəsinə yüksəlib. 1978-ci il iyunun 29-da iş yerində, Azərbaycan SSR Daxili işlər naziri Arif Heydərovla birlikdə güllələnib.
Qatil Şuşa həbsxanasının təsəfüratt hissəsinin rəisi kapitan Ziya Muradov 29 iyunda Bakıya gələrək, mülki geyimdə Daxili İşlər Nazirliyinin binasına daxil olur. Nazirin qəbul otağına gələrək, nazirin böyük referenti podpolkovnik Səfixanovu Makarov tipli tapança ilə öldürür və otağa daxil olaraq nazir Arif Heydərovu və onun müavini general Salahəddin Kazımovu qətlə yetirir. Daha sonra Z.
Muradov özünü öldürür. S. Kazımov hadisədən 3 gün sonra xəstəxanda vəfat edib.
Həmin dövrdə qəzetllər "xidməti vəzifəsini yerinə yetirərkən faciəli surətdə həlak olmuşdur" ifadəsi ilə çap olunub. Sovet İttifaqı Qəhrəmanı Salahəddin Kazımovun Bakı şəhərində yaşadığı Səməd Vurğun küçəsi, 196 ünvanındakı binaya barelyefi vurulub… RUHU ŞAD OLSUN!
