Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə DƏYƏRLİ DOSTLAR!.
DƏYƏRLİ DOSTLAR! Bakı, həmçinin kənd və ətraf qəsəbələr haqqında paylaşımlarımızı davam etdiririk. Bu dəfə Biləcəri qəsəbəsi ilə bağlı kiçik tarixi məlumat verəcəyik.
Biləcəri qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisinə daxil olan və Abşeron yarımadasının qərbində yerləşən qədim yaşayış məntəqəsidir. Şəhərə ən yaxın kənd olduğu üçün 1936-cı ildən etibarən "qəsəbə" statusu verilib. Tarixi mənbələrin məlumatına əsaslanan tədqiqatçılara görə, yaşayış məntəqəsinin adı etnotoponim olub, türkdilli xəzərlərin Bələncər tayfasının adını əks etdirir.
Bələncərlərin Azərbaycana miqrasiyası Sasani şahı I Xosrov Ənuşirəvanın (531–579) Azərbaycana köçürdüyü xəzərlərlə və VIII əsrin əvvəllərində ərəb əmiri Cərrah ibn Abdullahın Xəzər ölkəsinə hücum edərək onun üç paytaxt şəhərindən Arana xeyli əhali köçürməsi ilə əlaqələndirilir. Yaşayış məntəqəsinin coğrafi mövqeyinə əsaslanan digər tədqiqatçılar isə bu toponimi qədim türk dillərindəki belen (aşırım, alçaq dağ) və cər/cəri (sıldırım, yarğan) komponentlərinin birləşməsi kimi "Aşırımlı yarğan" mənasında izah edirlər. Başqa bir etimologiyaya görə "Biləcəri" sözü "hərbi şəhər" deməkdir.
4 əsrə yaxın yaşı olan Biləcəri kəndinin məscidi II Şah Abbasın sərkərdəsi Biləcərili Ağabəyin oğlu Bəylərbəyi əmir Murad Xan tərəfindən tikdirilib. Bəylərbəyilik çox zaman irsi idarəçilik hüququna malik idi. Akademik Tofiq Hacıyevin fikrincə Bilə (bala "kiçik") + cər (yer) birləşməsindən yaranıb.
C->y əvəzlənməsi çox qədim türk dilində olmuş fonetik hadisədir. Mahmud Kaşğarlı da qeyd edir ki, yabqu-cabqu şəklində də deyilir… Bəs Biləcərinin tarixi ilə bağlı sizin hansı əlavəniz var?
Yazın, tarixi birlikdə öyrənək!!!
