Məmməd Yusif Cəfərov — həyatı və yaradıcılığı

Şrift
Məmməd Yusif Cəfərov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məmməd Yusif Cəfərov — həyatı və yaradıcılığı.

Məmməd Yusif Cəfərov 1885-ci ildə Bakıda doğulub. 1912-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən M. Cəfərov "Nikahın şəriət üzrə pozulması" haqqında rəy mövzusunda hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib. Sonra Bakıya gələrək Bakı məhkəmələrinin birində andlı hakim köməkçisi vəzifəsində çalışıb. 1912‐ci ilin sentyabr‐oktyabr aylarında IV Dövlət Dumasına seçkilər keçirilir.

27 yaşlı M. Y. Cəfərov əvvəl Bakıda, oktyabrın 20‐də isə Yelizavetpolda Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilir.

O, Dumadakı çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tutur. 1918‐ci il fevralın 23‐də Tiflisdə Zaqafqaziya Seymi işə başlayır. Seymdə gürcü, erməni və azərbaycanlı nümayəndələri iştirak edirdilər. Buraya Azərbaycandan "Müsavat" Partiyasını və bitərəf demokratik qrupları təmsil edən 30 nəfər, o cümlədən M.

Cəfərov da seçilmişdi. 1918‐ci il mayın 27‐də M. Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və F.

Xoyskinin sədrliyi ilə Milli Şuranın İcraiyyə Komitəsi təşkil edilir. Komitənin tərkibinə M. Hacınski, N.

Yusifbəyov, X. Xasməmmədov və b. ilə birlikdə M.

Cəfərov da seçilir. İstiqlal Bəyannaməsini imzalayan və bəyan edən 24 nəfərdən biri Məmməd Yusif Cəfərov olur. Həmin iclasda F.

Xoyskinin elan etdiyi Azərbaycan hökumətinin tərkibində M. Cəfərov ticarət və sənaye naziri vəzifəsini tutur. 1918-ci ilin iyun ayının 17-də Milli Şuranın ikinci iclasında M. Cəfərov Şuranın buraxılması məsələsinə qəti etirazını bildirir, bunu Nuru paşanın və Türkiyə hökumətinin Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirir.

O, öz nitqində belə deyir: "Bəli, aydın olur ki, bizi Tiflisdən bura köhnə bürokratik metodlarla dəvət ediblər. Bizim azadlığımızı əlimizdən alırlar. Biz də əldə etdiyimiz azadlığımızı asanlıqla da əldən veririk.

Əfsuslar olsun ki, bizim türk qardaşlarımız, kimlərdən ki, biz kömək gözləyirdik, bizim ürəyimizi yaralayır, bizim hisslərimizi zəhərləyir". Bunları deyib ağlayır və əyləşir. M.

Cəfərov I hökumətin istefaya getməsi ilə bağli Azərbaycan hökumətinin Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsini icra edir. 1919‐cu il martın 14‐də Azərbaycan parlamenti N. Yusifbəylinin sədrliyi ilə yeni Azərbaycan hökumətini təsdiq edir.

M. Cəfərov bu hökumətdə xarici işlər naziri vəzifəsini tutur. O, bu vəzifədə 1919‐cu il dekabrın 22‐nə kimi çalışır.

Həmin ilin dekabrında Yusifbəyli kabineti istefaya çıxdığı üçün Cəfərov da tutduğu vəzifəni tərk edir. O, 1920-ci fevralında Azərbaycan parlamentinin sədrinin müavini vəzifəsinə seçilir. Parlamentin sədri Ə.

Topçubaşov Bakıda olmadığı üçün Cəfərov aprelin 27-nə qədər həmin vəzifəni icra edir. 1919‐cu il dekabrın 14‐21‐də Bakıda azərbaycanlı‐erməni konfransı keçirilir. Konfransda Azərbaycandan F.

Xoyski, M. Hacınski, R. Vəkilov və M.

Cəfərov iştirak edir. 1920‐ci il fevralın 2‐də Azərbaycan parlamentinin 121‐ci iclasında parlament sədrinin müavini H. Ağayevin xəstəliyi ilə əlaqədar olaraq vəzifəsindən getməsi nəticəsində yeni müavin seçilməsi müzakirə edilir.

M. Rəsulzadə "Müsavat" fraksiyası adından bu vəzifəyə M. Cəfərovu təklif edir və o, Azərbaycan parlamentinin sədrinin müavini seçilir.

M. Cəfərov 1920‐ci il aprelin 27‐də parlamentin son iclasında gərgin müzakirədən sonra hakimiyyətin başda N. Nərimanov olmaqla Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə verilməsi haqqında qərarı imzalayır. 1920-ci il aprelin 27-də Cəfərovun imzası ilə Azərbaycan parlamenti hakimiyyəti müqavimət göstərmədən bolşeviklərə təhvil vermək barədə qərar çıxarır.

Sovet dövründə M. Y. Cəfərov Azərbaycan pambıqçılıq trestində və Azərbaycan şərabçılıq trestində hüquq məsləhətçisi vəzifəsində işləyir.

O, 1938-ci il mayın 15-də Bakıda vəfat edir və Sağan kəndində dəfn olunur…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗