Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Haşım bəy Hacı bəy oğlu Heybətbəyov (Saqib) 1870-ci ildə Bakının Buzovna kəndində doğulub..
Haşım bəy Hacı bəy oğlu Heybətbəyov (Saqib) 1870-ci ildə Bakının Buzovna kəndində doğulub. Heybətbəyovlar təkcə Buzovnanın deyil, eyni zamanda Bakının ən məşhur və qədim nəsillərindən biridir. Əsərlərini-qəzəl, həcv, rübai, mərsiyələrini "Saqib" təxəllüsü ilə yazmış Haşım bəy həyat və fəaliyyətini aşağıdakı kimi bölmək daha düzqün olardı: rühani, tacir, şair, xeyriyyəçi, jurnalist.
Haşım bəy Saqibin atası Hacı bəy Heybət bəy oğlu Bakıda, Dərbənddə, Petrovsk-portda(1923-cü ildən Mahaçqala) və Səmərqənddə ticarət mərkəzləri ilə əlaqə saxlayıb, Hasım bəy gənclik illərində, xüsusilə atasının vəfatından sonra da həmin şəhərlərdəki ticarət mərkəzləri və kontorlarının sahibi olub. Haşım bəy Saqibin babası Əliyar bəy də şeir və sənət hamisi idi. Bir dəfə Əliyar bəy şamaxılı Mahmud ağa ilə birlikdə "Beytüş-səfa" şeir məclisinin qonağı olmuş fransız yazıcısı Aleksandr Dümanın Bakıya gəldiyini eşidir.
Dərhal Aleksandr Dümanı evinə dəvət edir, Buzovnadakı mülkündə bir necə gün qonaq saxlayır, şərəfinə ziyafətlər verir, şeir-muğam məclisləri təşkil edir. Düma Əliyar beydən minnətdarlıqla ayırılır, yerli şairlərin, peşəkar müğam ustalarının ifalarından məmnun qaldığını dilə gətirir. Rus şərqşunası Berezin 1837-ci ildə nəşr olunmuş "Qafqaza səyahət" adlı kitabında da Buzovnada Əliyar bəyin qonağı olmasından, onun evində şeir-müğam məclislərində iştirakından yazıb.
Haşım bəy ilk dini təhsilini ruhani atasından, sonralar atasının dostu və həmkəndlisi Kərbalayi Əziz İmaməliyevin öz şəxsi mülkündə təsis etdiyi mədrəsədə alıb. Ərəb, fars, türk, özbək, cıgatay, rus dilləri, və ədəbiyyatını, islam, şəriət və ilahiyyat tarixini müstəqil, mükəmməl öyrənib. Haşım bəy Saqib dövrünün nüfüzlu üləmaları, rühaniləri, həmkəndliləri ayətullah Ahund Şeyx Qulamhüseyn, Axund Şeyx Molla Kamiyab(Sidqi Ruhullanın qardaşıdır-naşir), Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Mirzəağa Əliyev, Cabbar Qaryağdıoğlu, xanəndə-milyonçu Seyid Mirbabayev, Mirzə Mənsur Mənsurov və onunla yaxın dost dost olub, elmi-dini, ədəbi və musiqi məclislərində onlarla birlikdə iştirak edib.
Bakının bəzi şairləri Haşım bəy Saqibə ithaflar yazıb, həmin ithaflarda Saqibin öz əsərlərində işlətdiyi misra, yaxud məfhumları da veriblər. Bunlara Səməd Mənsurun "Haşım bəy Saqibə", Ağasəlim Fədainin (İmamaliyev) "Kim-kimədir" ithaflarını misal kimi göstərmək olar. Haşım bəy Saqib 1931-ci ilin dekabrında qəflətən vəfat edub.
Məzarı Bibiheybət qəbirstanlığındadır. 1931-ci ildə nəşr olunmuş mətbuat orqanlarının heç birində şairin nekroloquna rast gəlinmir. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 10 iyul 2009-cu il tarixli 7 nömrəli qərarına əsasən "HAŞIM BƏY SAQİB.
DİVAN" nəşr edilmiş 512 səhifəli kitabda Haşım bəy Saqibin bəzi qəzəlləri və müxtəlif şeirləri işıq üzü gördü. Qeyd edək ki, 1920-ci ilə qədər Bakıda, o cümlədən Azərbaycanda məşhurlaşan Haşım bəy Saqibin bir çox şeiri, xüsusilə "Kim-kimədir", "Hər kəs öz keyfindədir", Necə ah eyləməyim" şeirləri geniş yayılmışdı. Həmin şeir və növhələri yaşlı bakılılar, həmçinin din xadimləri, ruhanilər yaxşı xatırlayır, hətta əzbər bilirlər.
Şairin qızı Nuriyyə xanım deyirdi ki, bu şeirlərə görə Haşım bəy Saqibə çoxlu təzyiqlər olub, lakin şair öz əqidəsinə sabiq qalıb, zəmanəsinin və xalqın dərdlərinə əsərlərində yer verməkdə davam edib. Haşım bəy Saqib haqqında ətraflı məlumatı Azərbaycan teatrı və kinosunun parlaq ulduzlarından biri, Xalq artisti Nəcibə Məlikova verib. O demişdir ki, özümə söz vermişəm ki, haçansa gün gələr, mən atamın şeirlərini bir yerə yığar, nəşr və təbliğ edər, bəlkə bununla da böyük, müqtədir söz ustadının ruhunu şad etmiş olaram.
Bir də ona inanıram ki, vaxt gələr, dərsliklərin, ədəbiyyat müntəxəbatlarınin, salnaməların nəşri ilə məşğul olacaq müəlliflər, naşirlər öz əsərləridə həmişəyaşar, cavidan şairimiz haqda məlumatlar verəcəklər…
