Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə AXC-nin Baş naziri Fətəli xan Xoyskinin böyük qardaşı Hüseynqulu xan Xoyski 22 sentyabr 1….
AXC-nin Baş naziri Fətəli xan Xoyskinin böyük qardaşı Hüseynqulu xan Xoyski 22 sentyabr 1870-ci ildə (qəbrində 1871-ci il yazılıb) Gəncədə doğulub. Əsli Cənubi Azərbaycanın Xoy şəhərindən idi. Atası İsgəndər xan rus ordusunun general-leytenatı olub.
Vladiqafqaz progimnaziyasını bitirib. 22 iyul 1887-ci ildə 45-ci draqun Şimal alayında hərbi xidmətə başlayıb. Unter-zabit rütbəsindən general-mayor rütbəsinədək ucalıb.
General Hüseynqulu xan Xoyski 1955-ci ildə İstanbulda vəfat edib və orada da dəfn olunub. Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cumhiriyyəri dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin müavini idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyat yoldaşı Şirinbəyim xanımı (o, Gəncə xanı Cavad xanın nəslindən olan Əbülfət xanın qızı idi), qızı Valiyyəni, 6 aylıq nəvəsi Abbası və kürəkəni məşhur Gəncə üsyanına başçılıq etmiş polkovnik Cahangir bəy Kazımbəylini də götürüb İrana keçmişdi.
Kürəkəni sonra geri qayıdıb və 1920-ci il mayın sonunda sovet hakimiyyətinə qarşı üsyana rəhbərlik edib. Hüseynqulu xan Xoyski İrandan Türkiyəyə getmişdi. 30 mart 1919-cu ildə Azərbaycan hökumətinin qərarı ilə podpolkovnik Hüseynqulu xan Xoyskiyə rəşadətli fəaliyyətinə görə polkovnik rütbəsi verilib.
Hüseynqulu xan Şirinbəyim xanım Əbülfət xan qızı Ziyadxanova ilə ailə qurmuşdu. Kiçik oğlu Zahid xan Xoyski 1910-cu ildə hələ Gəncədə ikən doğulmuşdu. Nyu-yorkda yaşayırdı.
Nəvəsinə ulu babası, Xoy xanı Cəfərqulu xanın adına qoymuşdu… RUHU ŞAD OLSUN!
