Hənifə Məmmədağa oğlu Abdullayev 7 fevral 1923-cü ildə Lənkəran şəhərində doğulub.1942-ci…

Şrift
Hənifə Məmmədağa oğlu Abdullayev 7 fevral 1923-cü ildə Lənkəran şəhərində doğulub.1942-ci…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Hənifə Məmmədağa oğlu Abdullayev 7 fevral 1923-cü ildə Lənkəran şəhərində doğulub. 1942-ci….

Hənifə Məmmədağa oğlu Abdullayev 7 fevral 1923-cü ildə Lənkəran şəhərində doğulub. 1942-ci ildə Lənkəran şəhər orta məktəbini bitirib. 1943-cü ildə Bakıya gələrək Azərbaycan Sənaye İnstitutunun Avtomobil yolları fakültəsinə qəbul olunub, lakin, 2 ay sonra təhsilini yarımçıq qoyaraq yenidən Lənkərana qayıdıb. Daha sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya fakültəsinə qəbul olaraq iki il oxuyub.

1946-cı ildə təhsilini İkinci Moskva Tibb İnstitutunda davam etdirmək üçün Moskvaya gedən Hənifə Abdullayev 1949-cu ildə buranı əla qiymətlərlə bitirir və SSRİ Səhiyyə Nazirliyinin "Lenin" ordenli Mərkəzi Hemotologiya və Qanköçürmə İnstitutunun Cərrahiyyə Klinikasında ordinator təyin edilir. 1952-ci ildən 1955-ci ilədək aspirantura təhsili alıb, əvvəlcə kiçik, sonra isə baş elmi işçi vəzifələrində işləyib. Daha sonra Mərkəzi Hematologiya və Qanköçürmə İnstitutunda elm və tədrisin planlaşdırılması şöbəsinin rəhbəri olub. 1957-ci ildə "Yeni üsulla stabilizatorsuz hazırlanmış qanın klinika şəraitində öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1967-ci ildə o, Azərbaycanda işləməyə dəvət edilib, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yenicə təşkil olunmuş Hematologiya və qanköçürmə kafedrasının müdiri vəzifəsinə seçilib. Həmin il "Hemofiliyanın klinik müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, bir il sonra, 1968-ci ildə ona Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilib. Hənifə Abdullayev 1970-ci ildə Azərbaycan SSR səhiyyə naziri vəzifəsinə irəli çəkilib və bu vəzifədə 1979-cu ilədək çalışıb.

1979-cu ildən həyatının sonunadək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasına rəhbərlik edib. Hənifə Abdullayev 1969-cu ildən Ümumdünya Hemofiliya Assosiasiyasının üzvü olub. ABŞ, Almaniya, Türkiyə, İran, Fransa, Çexoslovakiya və başqa ölkələrdə keçirilmiş tibbi konfranslarda hemofiliya və talassemiya məsələlərinə dair elmi mühazirələr oxuyub.

Hənifə Abdullayev çoxsaylı elmi əsərin və monoqrafiyanın müəllifidir. Onun "Hemofiliya" (1973) kitabı ittifaqın səhiyyə orqanlarında, tibb institutlarında maraqla qarşılanıb Elmi-tədqiqat jurnallarında onun hematologiyanın müxtəlif sahələrinə dair 96 məqaləsi nəşr olunub. Hənifə Abdullayev 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub, Azərbaycan SSR Ali Sovetinin VII, VIII və IX çağırış deputatı seçilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olub. "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri, bir sıra medallar, eləcə də Yunanıstanın Qırmızı Xaç Cəmiyyətinin "Qızıl xaç" ordeni ilə təltif edilib. Hənifə Abdullayev 13 mart 1991-ci ildə Bakıda vəfat edib.

Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilub… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗