Dəyərli dostlar!

Şrift
Dəyərli dostlar!

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.

Dəyərli dostlar! Bildiyiniz kimi, Lökbatan adının yaranma tarixi Xocasən və Səngəçal arasında fəaliyyət göstərən karvan yolunun olması ilə bağlıdır. İndiki qəsəbə olan ərazi karvan dayanacağı olub və burada dəvələr tez-tez batağlığa düşdüyünə görə məskənə Lök-batan deyilib ("lök" farsca "dəvə" deməkdir) və bu ad yaranıb.

Qəsəbənin əsası isə 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub. Həmin dövrdə neftlə əlaqədar indiki Seymur Orucov küçəsində olan qamış evlərdən ibarət yaşayış massivinin əsası qoyulub. İnanılmaz, amma real olan tarixi fakt isə budur: 1933-cü ildə Lökbatan neft yataqlarını kəşf edən görkəmli geoloq alim, SSRİ-nin Fəxri Neftçisi, professor Baxşəli (Baxış) bəy Sultanov olub.

B. Sultanovun kəşfi Sovet neft geologiyasının banisi və rəhbəri akademik İvan Qubkinin nəzəriyyəsini alt-üst etmişdi. Qubkinin nəzəriyyəsinə görə vulkanik ərazilərdə neft ola bilməzdi.

B. Sultanov isə başdan-başa palçıq vulkanları ilə örtülü Lökbatanda neft quyusu qazılmasını təkid edirdi. Onun təkidi ilə Lökbatanda 50 metr dərinliyində quyu qazılır, lakin, neft çıxmır və B.

Sultanovu NKVD-nin nümayəndələri həbs edir. Baxşəli bəyin həbsxanadan ardıcıl müraciətlərindən sonra nəhayət, Mircəfər Bağırov işə qarışır və qazma işləri davam etdirilir, 15 metr dərinliyində quyu qazılandan sonra neft fontan vurur. Hökumət orqanları Baxşəli bəy Sultanovdan üzr istəyir və həbsdən azad edirlər.

Hətta bu kəşfinə görə Baxşəli bəy Sultanova Dövlət mükafatı verilir və İ. Stalin özünün BMW avtomobilini ona bağışlayır… P.

S. Lökbatan haqqında bildiyiniz maraqlı faktları yazın, tarixi birlikdə öyrənək!!!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗