Dadaşov Məhərrəm Əkbər oğlu — həyatı və yaradıcılığı

Şrift
Dadaşov Məhərrəm Əkbər oğlu — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dadaşov Məhərrəm Əkbər oğlu — həyatı və yaradıcılığı.

Dadaşov Məhərrəm Əkbər oğlu 1912-ci ildə Salyan rayonunun Beştalı kəndində doğulub. 1941-ci ildə hərbi xidmətə traktorçu peşəsindən çağırılıb. 233-cü tank briqadasında xidmət edən baş serjant Məhərrəm Dadaşov 1942-ci ildən döyüş cəbhələrində olub.

1942-ci ilin oktyabrından 1943-cü ilin yanvarınadək 223-cü atıcı diviziyanın tərkibində döyüşüb. Rumıniyanın Vasluy şəhəri ətrəfında 1944-cü ilin avqustunda aparılan döyüşdə xüsusilə fərqlənib. Onun sonrakı döyüşləri Çexoslovakiya ərazisində olub.

Baş serjant M. Dadaşovun tank heyəti avqustun 28-də düşmən ordusunun yerləşdiyi məntəqəyə daxil olaraq düşmənin 6 tank vuran topunu və bir neçə pulemyotunu şəxsi heyətləri ilə birlikdə məhv edib. Bu döyüşdə yaralanmasına baxmayaraq M.

Dadaşov tankını idarə edir və tankın atəş nöqtələrinin mərmiləri qurtardıqdan sonra şəxsi silahla döyüşü davam etdirir. Cəsur tankçı M. Dadaşov aldığı yaralardan sentyabrın 17-də hospitalda vəfat edir.

1945-ci ilin 24 martında ona Sovet İttifaqı Qəhrəmanı adı verilir. Məhərrəm Dadaşov Rumıniyada dəfn edilib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗