Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Yuvelian Sumbatov-Topuridze — həyatı və yaradıcılığı.
Yuvelian Sumbatov-Topuridze 1889-cu ildə sentyabr ayında Kutaisi vilayətinin (indiki Gürcüstan Respublikası) Senak qəzasının Abaşsk rayonunun Kapana kəndində doğulub. 1920-ci ildən Azərbaycan SSR Fövqəladə Komissiyasında işə qəbul olunub və 1927-ci ilə qədər bu orqanda çalışıb. 1927–1929-cu illərdə Bakı və Batumi gömrüyündə işləyib. 1929-cu ildən yenidən təhlükəsizlik orqanlarında fəaliyyətini davam etdirib, 1947-ci ilə qədər DSİ, XDİK, DİN sistemlərində işləyib. 1933-cü ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə rəis müavini təyin edilib, 1934-cü il mart ayının 31-dən 1938-ci il yanvar ayının 7-nə qədər isə Azərbaycan SSR xalq daxili işlər komissarı vəzifəsində çalışıb.
1938–1947-ci illərdə Moskvada DİN orqanlarında fəaliyyət göstərib. Təhlükəsizlik orqanlarından ayrıldıqdan sonra 1947–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləyib. Azərbaycan KP MK-nin və Bakı şəhər Komitəsinin 18 iyul 1953-cü il tarixli birgə plenumunun iclasında Azərbaycan KP MK-nin üzvlüyündən və Kommunist Partiyası sıralarından xaric edilib, Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad edilib.
Azərbaycanda təhlükəsizlik orqanlarında fəaliyyət göstərdiyi dövrdə azərbaycan xalqına qarşı repressiyaların əsas təşkilatçılarından və icraçılarından olub…
