Dəhşətli qətl: 21 yaşlı qızı tövlədə yandırdılar

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.

Mardində 21 yaşlı qız yandırılaraq öldürülüb.

Mardindəki evlərin birində yanğın baş verib. Qonşular polisə və yanğınsöndürənlərə xəbər veriblər. Polislər hadisə yerinə gəldikdə şoka düşüblər. Tövlədən 21 yaşlı Ayşənin cəsədi tapılıb. Onun əl-qolu bağlanmazdan əvvəl döyüldüyü məlum olub.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. Qızın qardaşı hadisə ilə əlaqəli şübhəli olaraq saxlanılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗