Dəyərli tarixsevər dostlar!

Şrift
Dəyərli tarixsevər dostlar!

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli tarixsevər dostlar!.

Dəyərli tarixsevər dostlar! Azərbaycan tarixində az öyrənilən və ya heç öyrənilməyən faktlar silsiləsindən olan paylaşımlarımızı davam etdiririk. Bu dəfə Vladimir Rasskazov haqqında məlumat verəcəyik.

Vladimir Qriqoryeviç Rasskazov 1927-ci ildə hazırkı Saratov vilayətinin Malaxovka kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra, 1944-cü ildə Odessa Dənizçilik Məktəbinə, bir il sonra isə Odessa Ali Dənizçilik Məktəbinə daxil olub. O, mühəndis-elektromexanik diplomu ilə 1951-ci ildə Bakıya gəlir və "General Həzi Aslanov" dizel-elektroxodunda elektromexanik vəzifəsində işləməyə başlayır.

Onun əmək fəaliyyətinin sonrakı mərhələsi Vano Sturua adına gəmi təmiri-gəmiqayırma zavodu ilə bağlı olur. Burada o, texniki şöbənin mühəndis-elektrotexniki vəzifəsində çalışır. 10 ildən artıq partiya işində fəaliyyət göstərir.

Sonrakı illərdə Vladimir Rasskazov Xəzər Gəmiçilik İdarəsi siyasi şöbəsinin təlimatçısı, 1953-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatında təlimatçı, daha sonra isə sənaye və nəqliyyat şöbəsi müdirinin müavini vəzifələrində çalışır. 1963-cü ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin edilir və 1969-cu ilə qədər bu vəzifədə işləyir. Vladimir Rasskazov 1964-cü ildən Azərbaycan KP MK üzvlüyünə namizəd olub.

Azərbaycan SSR Ali Sovetinin 7-ci çağırış deputatı seçilib, "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunub. O,1969-cu ildə, 42 yaşında Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗