Ağababa Əsgər oğlu Yusifzadə — həyatı və yaradıcılığı

Şrift
Ağababa Əsgər oğlu Yusifzadə — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ağababa Əsgər oğlu Yusifzadə — həyatı və yaradıcılığı.

Ağababa Əsgər oğlu Yusifzadə 1886-cı ildə (bəzi sənədlərə görə-1890-cı ildə) Qubada doğulub. İbtidai təhsilini molla məktəbində alıb. 1911–1916-cı illərdə Şamaxı və Quba qəzalarında müəllim işləyib, azərbaycanlı qadınlardan ibarət ilk sosial-demokrat dərnəyinin təşəbbüskarı və təşkilatçısı olub. A.

Yusifzadə Alyoşa Caparidze ilə birlikdə Bakı bolşevik təşkilatından Rusiya Sosial-Demokrat Fəhlə (bolşevik) Partiyasının 1917-ci il avqustun 8-də Petroqradda keçirilən qurultayına nümayəndə seçilib. Azərbaycanda Sovet hakimiyyəti illərində Bakı qəzası inqilab komitəsinin sədri, Bakı və Şamaxı qəzalarında banditizmə və əks-inqilaba qarşı fövqəladə komissar, "Kommunist" qəzetinin redaktoru (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi), Naxçıvan MSSR Ali Məhkəməsinin sədri və digər vəzifələrdə çalışıb. 22 avqust 1920 ildən etibarən "AzərMərkəziÇapedilmə" komissiyanin sədri olub.

O, yalnız "Kommunist" qəzetinin əməkdaşları və müxbirlərinin deyil, həm də Azərbaycanın bütöv bir nəsil jurnalist kadrlarının tərbiyə edilməsi və hazırlanmasında böyük rol oynayıb. Ağababa Yusifzadə eyni zamanda jurnalistika və stenoqrafiya kurslarının da direktoru idi. 1921-ci ilin martında Ağababa Yusifzadəyə böhtan atılır, arvadını öldürməkdə günahlandırılır və məsuliyyətə cəlb edilir, lakin xeyli sonra o, bəraət alır.

Azərbaycan Sovet Ensiklopediyasının 1981-ci ildə nəşr olunmuş 5-ci cildində (səh. 183.) "Yusifzadə Ağababa Əsgər oğlu" məqaləsində deyildiyi kimi, o, AKP-nin 1-ci qurultayını təşkil etmək üçün müvəqqəti Bakı qəza komitəsinin sədri olmuş, qurultayda katibliyə və MK-ya üzv seçilmişdi". 1937-ci ildə repressiya qurbanı olub.

Klara adlı qızı vardı. 1934-cü ildə dünyaya göz açıb. Atası ona Klara adını məşhur alman siyasətçisi Klara Setkinin şərəfinə verib. 3 yaşı olarkən atası repressiya qurbanı olub. Böyük Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb.

"Zerkalo Klara" 1950–1960-cı illərdə "Pəncəli Aslan" və "Paxan" ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi qruplaşmanın üzvü olub. Başçıları qadın olan bu dəstə dövrünün ən məşhur qruplaşmalarından olub. Hətta bu qruplaşma Cəmşid Əmirovun "Qara Volqa" əsərinin əsas mövzusu olub.

İlk dəfə həbs edilərkən 15 yaşı olub. Ömrünün 32 ilini həbsxanada keçirib. O, bir neçə il əvvəl verdiyi müsahibədə bildirmişdi ki, onu Azərbaycandan kənardakı məhbus evlərinə göndərirlər.

O, həbsdə olarkən görmə qabiliyyətini itirib. 26 fevral 2011-ci ildə Bakıda vəfat edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗