İsgəndər Əliyev — həyatı və yaradıcılığı

Şrift
İsgəndər Əliyev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İsgəndər Əliyev — həyatı və yaradıcılığı.

İsgəndər Əliyev 1906-cı ildə Şuşa şəhərində doğulub. Onun valideynləri erkən yaşında dünyalarını dəyişib, böyük qardaşının himayəsində olub. Şuşada baş verən erməni-müsəlman davasında onun ailəsi böyük itkilər verib və kiçik yaşlı İ.

Əliyev itkin düşüb. Bundan sonra o, Qasım İsmaylov (indiki Goranboy) rayonunun Goranboy kəndində bir əkinçinin təsərrüfatında muzdur olub. 1926-cı ildə Gəncəyə köçüb, dəmir yolu deposunda qara fəhlə, sonra isə çilingər kimi işləyib.

1930-cu ildə Bakıya köçüb. 1932-ci ildə Azərbaycan SSR Xalq Yüngül Sənaye Komissarlığının təlimatçısı vəzifəsində işləyib. 16 iyun 1933-cü ildə SSRİ Xalq Yüngül Sənaye Komissarlığının Dövlət Pambıq Satışı İdarəsinin Azərbaycan şöbəsinin müdiri təyin olunub. 11 avqust 1937-ci il tarixində Azərbaycan SSR Xalq Yüngül Sənaye komissarının müavini, 2 noyabr 1937-ci il tarixində isə Xalq Yüngül Sənaye komissarı vəzifəsinə təyin olunub. 12 dekabr 1937-ci il tarixində SSRİ Ali Sovetinin (millətlər palatası) deputatı seçilib.

Stalin və Bağırovun siyasi repressiyalarının qurbanı olub. 1937-ci ildə Mir Cəfər Bağırov SSRİ Ali Sovetinin deputatlarını ifşa edə biləcək materialların və imzasız məktubların yığılmasına dair gizli sərəncam verir. Bu sərəncamı yerinə yetirən şəxslər ona bildirmişdirlər ki, İ. Əliyevin həyat yoldaşının qardaşı bolşeviklər tərəfindən 1927-ci ildə güllələnmiş Müsavat partiyası gizli fəaliyyət göstərən təşkilatının sədri Dadaş Həsənov idi.

İsgəndər Əliyev 1 iyun 1938-ci ildə əksinqilabi fəaliyyətlə məşğul olmaqda ittiham edilərək həbs olunur. 5 iyun 1938-ci ildə "Xalq Daxili İşlər Komissarlığı (XDİK) tərəfindən ifşa olunmuş xalq və partiya düşməni" kimi Kommunist (bolşeviklər) Partiyasından, 1 iyul 1938-ci ildə isə Xalq Yüngül Sənaye Komissarı vəzifəsindən xaric edilir. Həmin ildə deputat mandatından məhrum edilir.

İ. Əliyevin adı 1938-ci ildə "Stalin siyahılarının" 1-ci kateqoriyasına salınır. Bu da o demək idi ki, o güllələnməli idi.

Ancaq hansısa səbəblərdən onu edam etmədilər. "Sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" rəhbərlərindən biri olmaqda, istehsalatda ziyanvericiliklə məşğul olaraq təşkilata yeni üzvlərin cəlb edilməsində, Az. SSR partiya və hökumət rəhbərliyinə qarşı təxribatların hazıllamasında ittiham edilir.

1940-cı ildə Moskvanın "Butırka" həbsxanasına göndərilmiş[19], ancaq sonra Bakıya qaytarılmışdır. 1941-ci il, avqustun 30-da Bakıda Zaqafqasiya Hərbi Dairəsinin Hərbi Tribunalının səyyar iclası tərəfindən ona qarşı irəli sürülən ittihamlarda təqsirli bilinərək 10 il müddətinə azadlıqda məhrum edilir. Cəzasını Qazaxıstan SSR Karaqanda vilayətinin islah əmək düşərgələrində (Karlaq)çəkmişdi.

Ümumi hesabla 18 il ərzində (1938–1956) həbs və sürgündə olub. Sürgün həyatının son illərini (1953–1955) Karaqanda vilayətin Kuv rayonunun Koyandı MTS-ində və Koyandıbulaq kəndinin kolxozunda keçirib orada aqronom vəzifəsində çalışıb. Əliyev aprel 1955-ci ildə bəraət alib, ancaq buna baxmayaraq 1956-cı ilin fevral ayında hələ də Qazaxıstanda sürgündə idi.

Bəraət alandan sonra İ. Əliyev xalq təsərrüfatı sistemində işləyib, rəhbər vəzifələrdə çalışıb. O zaman Azərbaycanın stalinizm mirasından aralanma prosesi gedirdi və Azərbaycan SSR KP katibi İmam Mustafayev bu prosesin dərinləşdirilməsində maraqlı idi.

Ona görə də İsgəndər Əliyev kimi stalinizmdən zərər çəkmiş adamların rəhbər vəzifələrdə bərpa edilməsi bu siyasətə qulluq edən addımlardan idi. Zərər çəkmişlər köhnə rejimi dəstəkləməzdilər. Beləliklə İ.

Əliyev 1956–1959-cu illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Komitəsiinin sədri olur. 1959-cu ildə İmam Mustafayev vəzifəsindən azad edilir. Onun yerinə gələn Vəli Axundonun dövründə İ.

Əliyev yeni təyinat alaraq 1959–1964-cü illərdə Azərbaycan SSR Zərgərlik Malları Ticarəti Komitəsinin sədri olur. 1964-cü ildən etibarən ümumittifaq dərəcəli təqaüdçü olan İ. Əliyev 1972-ci ilin 30 dekabr tarixində vəfat edir…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗