Dadaş Əbdülhüseyn oğlu Həsənov 19 dekabr 1897-ci ildə Şuşada doğulub.

Şrift
Dadaş Əbdülhüseyn oğlu Həsənov 19 dekabr 1897-ci ildə Şuşada doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dadaş Əbdülhüseyn oğlu Həsənov 19 dekabr 1897-ci ildə Şuşada doğulub..

Dadaş Əbdülhüseyn oğlu Həsənov 19 dekabr 1897-ci ildə Şuşada doğulub. Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda fəal mübariz, Sovet rejiminə qarşı müqavimət hərəkatının rəhbərlərindən biri, gizli fəaliyyət göstərən "Müsavat" partiyasının Bakı Komitəsinin (BK) nəzdində fəaliyyət göstərən Hərbi təşkilatın rəisi (1921–1923), Gizli "Müsavatın" Mərkəzi Komitəsinin (MK) sədri (1923–1926) olan Dadaş Həsənovun fəaliyyət dairəsi çox genişdir. Biz onun yalnız Məhəmməd Əmin Rəsulzadənin xaricə qaçırılması əməliyyatında rolu və güllələnməsi barədə məlumat verəcəyik.

…1922-ci ildə gizli "Müsavatın" Mərkəzi Komitəsi (MK) keçmiş Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadəni Türkiyəyə mühacirətə yollamaq qərarını qəbul edir.

AXC-nin süqutundan sonra o, Sovet xüsusi xidmət orqanları tərəfindən həbs edilir, ancaq sonra azad edilərək Moskvaya göndərilir, orada Millətlər Sovetində nəzarət altında işləyir. Bu məxfi planın bilavasitə icraçılarından biri də Dadaş Həsənov idi. Mühacir yazıçı İsmayıl Saryal bu əməliyyatda D.

Həsənovun müstəsna rolunu qeyd edir, hətta onu M. Ə. Rəsulzadənin xilaskarı adlandırır.

Onun yazdığına görə, bu iş olduqca çətin idi, çünki, M. Ə. Rəsulzadə Moskvada ciddi nəzarət altında yaşayırdı.

Buna görə də D. Həsənov Sovet xüsusi xidmət orqanları əməkdaşlarını şübhələndirməmək üçün 3 ay Moskvada yaşayır, Dövlət Universitetinin tələbəsi olur ya da orada işə düzəlir. M.

Ə. Rəsulzadənin qaçırılması əməliyyatını mühacirət etmiş birinci gizli "Müsavatın" Bakı Komitəsinin sədri Əbdül Vahab Məmmədzadə (Yurdsevər) Türkiyədə yayımlanan "Azərbaycan" jurnalında dərc etdiyi məqaləsində xatırlayır: "Müsavat'ın gizli Mərkəzi Komitəsinin ən mühüm təşəbbüslərindən biri Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim bəy Vəkillini və Bakı hərbi təşkilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərərək M.

Ə. Rəsulzadə ilə əlaqə yaradılmışdı. Rəsulzadəyə təklif olunmuşdu ki, elmi tədqiqat adı ilə Leninqrada getsin.

Onun oradan tatar maarifçilərindən Musa Cərullah Bigeyevin yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdi". 1926-cı ilin əvvəllərində ikinci gizli "Müsavatın" üzvlərinin siyahısı əldə edilir və fəaliyyətləri izlənərək onlar həbs edilir. D.

Həsənov həmin ilin 11 mart tarixində həbs edilir. 13 mart 1926-cı il tarixindən başlayaraq 8 ay davam edən istintaq dindirilmələrində o, müsavatçı olduğunu, gizli təşkilata rəhbərlik etdiyini, Tiflisə getdiyini və Gürcüstan Milli Komitəsi ilə əlaqə qurduğunu inkar edir. Yalnız 1926-cı ilin noyabr ayında D. Həsənov ona qarşı yığılan dəlillərin çoxluğu və müstəntiqlər tərəfindən tətbiq edilən ardı-arası kəsilməyən mənəvi və fiziki işgəncələrin tətbiq edilməsinin nəticəsində etirafedici ifadələr verir.

D. Həsənov Bakıdakı yoldaşları və "Müsavatın" qəza komitələrinin tərkibi barədə bir kəlmə də olsun ağzından söz qaçırmır. 28 fevral 1927-ci ildə "Müsavat" Partiyasının ikinci gizli təşkilatının 34 üzvünün tezləşdirilmiş rejimdə məxfi qapalı məhkəmə prosesi keçirilir. Bu məhkəmədə Dadaş Həsənov güllələnməyə məhkum olunur.

Rəsmi sənədə görə, hökm aprel ayında icra edilir. Ancaq mühacirət yazarlarının əsərlərində bildirilir ki, əslində D. Həsənovu Jukov soyadlı müstəntiqə hücum edib onun bir gözünü vurub kor etdiyinə görə güllələmişdilər.

M. Ə. Rəsulzadə D.

Həsənovu "Azərbaycan davası" adlı əsərində qəhrəman adlandırır: "Bu davanın tarixi fikir müəssisələri və onlara qanlarıyla və canlarıyla təqdis etmiş qəhrəmanları vardır. Bu qəhrəmanlar sadəcə Milli Şura, Parlament və ya hökumətə mənsub olan şəxslərə inhisar etməz… Parlament və hökumət dışında…

doktor Dadaş Həsənzadə və sairləri kimi namü-nişanı (ad-sanı) zikredilməyən daha neçə qurbanlarımız və şəhidlərimiz vardır". Azərbaycan respublikası dövlət müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ildə, Dadaş Həsənovun işinə yenidən baxılır və o bəraət alır… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗