Məmməd Rəşid oğlu Əfəndiyev 5 oktyabr 1887-ci ildə Şəkidə doğulub.1908-ci ildə Peterburq…

Şrift
Məmməd Rəşid oğlu Əfəndiyev 5 oktyabr 1887-ci ildə Şəkidə doğulub.1908-ci ildə Peterburq…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məmməd Rəşid oğlu Əfəndiyev 5 oktyabr 1887-ci ildə Şəkidə doğulub. 1908-ci ildə Peterburq….

Məmməd Rəşid oğlu Əfəndiyev 5 oktyabr 1887-ci ildə Şəkidə doğulub. 1908-ci ildə Peterburq Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub və oranı bitirdikdən sonra bir müddət Tbilisi şəhərində müəllim işləyib. Sonra Şəki şəhərindəki gimnaziyada müəllim və direktor vəzifəsində çalışıb. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı şəhərində riyaziyyat üzrə ali pedaqoji kursların təşkilatçısı olub. 1930-cu ildə V.

İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışıb. M.

Əfəndiyev APİ-də Riyaziyyat və təbiyyat elmləri fakültəsinin dekanı (1934-1936), ADU-da Riyazi analiz kafedrasının müdiri olub(1935-1965). 1943-cü ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, 1945-ci ildə professor elmi adı alıb. O, ilk dəfə riyazi analiz, analitik həndəsə və riyaziyyatın tədrisi metodikası fənlərindən Azərbaycan dilində mühazirələr oxuyub.

Riyazi ifadələrin Yaxın Şərqdə yayılmış yazılış formaları əvəzinə latınca yazılışını Azərbaycanda ilk dəfə Əfəndiyev işlədib. Əfəndiyev “Cəbrə aid proqram və tapşırıq ”, “Adi deferensial tənliklər” (1950) və. s.

əsərlərin müəllifidir. Sovet hakimiyyəti illərində Lenin ordeni və iki dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. Əfəndiyev Məmməd Rəşid oğlu 1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat edib.

Bakıda adına küçə var. Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında şəxsi əşyaları, fotoşəkilləri, tarixi sənədləri mühafizə edilir… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗