Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mirəli Mirələkbər oğlu Seyidov 5 may 1918-ci ildə İrəvan şəhərində bəy ailəsində doğulub..
Mirəli Mirələkbər oğlu Seyidov 5 may 1918-ci ildə İrəvan şəhərində bəy ailəsində doğulub. Orada ibtidai məktəbi, Bakıda S. Ağamahoğlu adına hidromeliorasiya texnikumunu bitirib(1938).
Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində təhsil alıb (1938–1944). Eyni zamanda, Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxuyub. (1941–1945).
Həmin illərdə "Sovet Ermənistanı" qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işlətib, mətbuat müvəkkili olub. Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945–1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi (1953–1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960–1967), şöbə müdiri (1967–1980), Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri (1980–1988), institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləyib (1987-ci ildən). 1982-ci ildə Türkiyədə keçirilən 4-cü türkoloji konqresdə Sovet nümayəndə heyətinin tərkibində olub, "Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)" mövzusunda məruzə edib.
Ədəbi fəaliyyətə 1941-ci ildə "Sovet Ermənistanı" qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlayıb. Həmin dövrdən mətbuatda vaxtaşırı çıxış edib. 1952-ci ildə "Sayat Novanın yaradıcılığı" mövzusunda namizədlik, 1967-ci ildə "Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
"Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyrənməkdə bir mənbə kimi" mövzusunda tədqiqat üzərində çalışırdı. Ümumittifaq türkoloji müşavirə və konfranslarda iştirak edib. 1992-ci il aprelin 26-da Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.
Yaşadığı binanın divarına xatirə lövhəsi vurulub. Bakınin Yasamal rayonunda adına küçə var… ALLAH RƏHMƏT ELƏSİN!
