Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Kəbi Sanıyev — həyatı və yaradıcılığı.
Kəbi Sanıyev 1902-ci ildə Qazax rayonunun Çaylı kəndində doğulub. Atası Hacı Murad Sanıyev, anası Xanım Bədəl qızı Sanıyevanın üç övladı olub:Kəbi Sanıyev, Sədi Sanıyev və Səyalı Sanıyeva. Sədi Sanıyev 1905-ci ildə dünyaya gəlib.
Onu evini, torpağını əlindən alan şəxs qətlə yetirib. Kəbi Sanıyev 1927-ci ildə öz kəndindən olan Məşədiyeva Hənifə Məhəmmədhəsən qızı ailə qurub. Ailə Gəncə şəhərində yaşayıb.
Onların Eldar və Elmir adlı övladları olub. Kəbi Sanıyevin bacısı Səyalı Sanıyeva 1925-ci il yanvar ayının 5-də Qazax rayonunun Çaylı kəndində doğulub. O, orta məktəbi Çaylı kəndində oxuyub, 1943-cü ildə Qazaxda yeni açılmış iki illik Müəllimlər İnstitutunun fizika-riyaziyyat şöbəsini bitirib. 1945-ci ildən Çaylı kənd orta məktəbində müəllim işləyib.
Səyalı Sanıyeva ailə vəziyyəti ilə əlaqədar işini Çaylı-Kommuna kəndinə dəyişib, təqaüdə çıxana kimi fasiləsiz müəllim işləyib. 1951-ci ildə M. C.
Bağırovun "Azərbaycan ziyalılarının tərkibini saflaşdırmaq" adlı qəzetdə məqaləsi dərc olundu. Həmin göstərişə əsasən Səyalı Sanıyev tutduğu vəzifədən uzaqlaşdırıldı. Səbəb isə əmisi -Azərbaycan Xalq Cümhuriyyətinin depautatı Hacı Kərim Sanılının 1937-ci ildə "Xalq düşməni" adlandırılması və qardaşı Kəbi Sanıyevə 1937-ci ildə "Xalq düşməni" damğası vurularaq həbs edilməsi olub.
Səyalı Sanıyevanın həyat yoldaşı Abuzər Allahverdi oğlu Sanıyev 1931-ci ildə 12 yaşında olarkən ailəliklə Qazaxıstana sürgün edilib O, Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. 1920-ci ildə Sovet hökuməti qurulduqdan sonra həmin ilin qışında bəzi şəxsləri güllələməyə başladılar. Həmin siyahıda Hacı Murad Sanıyev, Kəbi Sanıyev, Qasım Sanıyev, Allahverdi Sanıyev, qohumlardan Göşşiyev Allahverən üç nəfər atlı tərəfindən güllələnməyə aparılır.
Həmin vaxt Hacı Kərim Sanılı Qazax qəzasının hakimi vəzifəsini icra edirdi. Xəbəri eşidəndə Çaylı kəndinə köməyə gəlir, ancaq onun özünü çar dövründə öz ata torpağında xeyriyyə məqsədilə tikdirdiyi binaların qaravulxanasında dustaq edirlər. Hacı Kərim Sanılıya qaravul təyin olunan Kamil Qocayev adlı bir şəxs Sanılının güllələnməsinə razı olmur və onun məktubunu Qazaxda dediyi şəxsə çatdırır.
Bundan sonra Çaylı kəndinə Qazaxdan xəbər gəlir ki, Salahlı dərəsinə güllələnməyə aparılanlara toxunulmasın. Həmin şəxsləri güllələmək istəyənlər onları geri qaytarmaq əvəzinə Gəncə qalasına aparırlar. Səhərsi gün əli tüfəngli hərbçilər Çaylı kəndinə gəlir və Hacı Kərim Sanılını sağ-salamat Qazaxa aparırlar.
Bundan sonra o, övladlarını götürüb Bakıya gedir və orada fəaliyyətə başlayır. Gəncə qalasına aparılan şəxsləri isə 2 aydan sonra sorğuya tutarkən onların nahaqdan iki ay burada həbsdə olduqlarını bildirib azad edirlər. Lakin qışın soyuğu və iki ay günahsız yerə həbsdə qalması Hacı Murad Sanıyevə təsir edir və o, 1924-cü ilin dekabr ayında dünyasını dəyişir.
Kəbi Sanıyev ibtidai təhsilini mollaxanada almış, ərəb, fars və rus dillərini mükəmməl öyrənmisdi. O, Gəncədə açılmış hərbi məktəbdə oxumuş və zabit rütbəsi almışdı. Kəbi Sanıyev 1918-ci ildə Azərbaycanda yaranmış Milli Ordunun ilk əsgərlərindən olub.
O, həmçinin Çaylı kəndindən Milli Ordu sırasına yazılan yeganə şəxs idi. Sanıyev Sovet hakimiyyəti zamanı 77-ci Gəncə diviziyasının 230-cu alayın rota komandiri və kapitanı olub. Kəbi Sanıyevin bacısı Səyalı Saniyeva qardaşı haqqında deyirdi: "Kəbinin rotasına 1935-ci ildə Şah dağını fəth etmək əmri verildi.
Kəbi həmin əmri layiqincə yerinə yetirdi, əsgərləri ilə birlikdə bir ədəd top və bir neçə atla Şah dağına üz tutdular. Kəbi və əsgərləri Şah dağını qəhrəmanlıqla fəth etdilər. Şah dağının fəthini böyük səbirsizliklə gözləyən böyük əmim Hacı Kərim Sanılı "Şah dağı" poemasını yazdı".
Kəbi Sanıyev 1937-ci ilin 13 avqustunda XDİK (NKVD) tərəfindən "aşkar" edilmiş "Azərbaycan Milli Partiyası" adlanan əksinqilabi millətçi təşkilatın üzvü olaraq Gəncə şəhərində həbs edilir. Həbsindən iki ay sonra 13 oktyabrda 15 dəqiqəlik məhkəmənin çıxardığı hökmlə güllələnir…
