Rəşid xan Zavid oğlu Qaplanov — həyatı və yaradıcılığı

Şrift
Rəşid xan Zavid oğlu Qaplanov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rəşid xan Zavid oğlu Qaplanov — həyatı və yaradıcılığı.

Rəşid xan Zavid oğlu Qaplanov 1883-cü ildə Dağıstanın Xasavyurd qəzasının Ağsay kəndində doğulub. Vladiqafqazda Realnı məktəbi, 1910-cu ildə Parisdəki Sorbonna Universitetinin hüquq fakültəsini bitirib. İstanbul Universitetinə dəvət olunub, 1913-cü ilədək orada dərs deyib.

Həmin il Vladiqafqaza qayıdaraq, şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışıb. Rusiyada Fevral inqilabından (1917) sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak edib, burada yaranan Çərkəz-Dağıstan və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası hökumətlərində müxtəlif nazir vəzifələrində çalışıb. R.

Qaplanov 1919-cu ilin əvvəllərində Bakıya köçüb, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinetində maarif və dini etiqad naziri vəzifəsinə təyin olunub. Onun rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhərləində yeni məktəblər fəaliyyətə başlayıb. Bakı Dövlət Universitetinin açılmasında Qaplanov da yaxından iştirak edib, eyni zamanda, burada "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs deyib.

AXC-nin 5-ci hökumət kabinetində maliyyə naziri təyin olunub,dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalvasiyaya uğramaması üçün böyük səy göstərib. 1920-ci il fevralın əvvəllində Bakı bonlarının Zaqafqaziya pullarına dəyişdirilməsini dayandırmaq barədə qərar verib. Qərara əsasən, "500 manat" dəyərində olan kağız pul əlli beş seriya ilə dövriyyəyə buraxılıb. Pulun üzərində baş nazir Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Rəşid xan Qaplanovun imzaları vardır.

Aprel işğalından (1920) bir həftə əvvəl Qaplanov Batuma ixrac edilən neft və neft məhsulları üçün rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam verib. Aprel işğalından sonra, 1920-ci ilin iyununda Qaplanov Bakıda həbs olunaraq, əvvəlcə Vladiqafqaza, sonra isə Moskvaya göndərilir. Moskvadakı Şərq Xalqları Universitetində "Osmanlı imperiyası tarixi"ndən dərs deyir, eyni zamanda, vəkil kimi özəl fəaliyyət göstərir.

Amma, o da repressiyaya məruz qalır. 1937-ci ildə vəfat edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗