Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Stepan Yemelyanov — həyatı və yaradıcılığı.
Stepan Yemelyanov 1902-ci il dekabrın 13-də Tatarıstan Respublikasının Takanış rayonunun Taşliyar kəndində doğulub. Milliyyətcə rusdur. 1915-ci ildə kənd məktəbini bitirdikdən sonra təsərrüfat işləri ilə məşğul olan S.
Yemelyanov 1919–1923-cü illərdə texniki məktəbdə təhsil alib, 1925-ci ildə "Azneft"in oksigen-karbit zavodunda işə qəbul olunub. 1928-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Xalq Komissarlığının məhkəmə aparatında çalışdıqdan sonra Bakı Birləşmiş Məhkəməsində xalq hakimi vəzifəsində işləyib. 1931–1936-cı illərdə Bakı Sənaye İnstitutunda təhsil alıb. Müəyyən müddət Azərbaycan KP BK-nın Dzerjinsk rayon komitəsinin birinci katibi olub.
1939-cu ilin fevralından 1953-cü il avqust ayınadək Azərbaycan SSR təhlükəsizlik orqanlarına rəhbərlik edib. Azərbaycan SSR Daxili işlər komissarı (1939-1941), Azərbaycan SSR Xalq dövlət təhlükəsizliyi komissarı (1943-1946), Azərbaycan SSR Dövlət təhlükəsizliyi naziri (1946-1953) və Azərbaycan SSR Daxili işlər naziri (1953) vəzifələrində çalışıb. Sonra həbs olunub, 1956-cı ildə əmlakı müsadirə olunmaqla və cəzasını islah-əmək düşərgələrində çəkməklə 25 il müddətinə azadlıqdan məhrum edilib.
1970-ci ilin may ayında əfv olunub. Stepan Yemelyanov 1988-ci ildə Bakıda vəfat edib…
