Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rzaqulu Həsənov 8 mart 1895-ci ildə Quba qəzasının Şıxhəzi kəndində doğulub..
Rzaqulu Həsənov 8 mart 1895-ci ildə Quba qəzasının Şıxhəzi kəndində doğulub. 1912-ci ildən Bakı Orta Mexanika-İnşaat-Texniki Məktəbinin yuxarı hazırlıq siniflərinə daxil olub, 2 may 1917-ci ildə məktəbin pedaqoji şurasının verdiyi attestata görə mexanika bölməsi (özəlliklə neft sənayesi işi) üzrə elmlərin tam kursunu bitirib və texnik rütbəsi alıb. Ali təhsil almaq məqsədilə Moskva Ali Mühəndis Məktəbinə daxil olub.
Lakin, 1917-ci ilin fevralından sonra Rusiyada yaranmış siyasi qarışıqlıq və qeyri-xristianlara qarşı təzyiqlər səbəbindən Bakıya dönüb. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Frayberq Universitetinə (Almaniya) göndərilmişdi. 17 aprel 1920-ci ildə 533 nömrəli aktla Frayberq Dağ-Mədən Ali Məktəbinə qəbul edilib.
Təhsilini 19 dekabr 1924-cü ildə başa vuraraq Dağ mühəndisi diplomunu əldə edib. 1925-ci ildə Azərbaycana qayıdıb. "Neftçala" trestində mədən rəisi işləyib.
23 avqust 1937-ci ildə həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum olunub. Rəsmi sənədlərdə göstərilir ki, “Dalstroy” islah əmək düşərgəsində cəza çəkərkən 30 yanvar 1939-cu ildə Vladivostokda vəfat edib… RUHU ŞAD OLSUN!
