Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əmir Kazım Bəhmən Mirzə oğlu — həyatı və yaradıcılığı.
Əmir Kazım Bəhmən Mirzə oğlu 1853-cü ildə Şuşa şəhərində doğulub. İlk təhsilini Tiflis gimnaziyasında alıb, 20 yaşında Peterburqdakı Nikolayev süvari məktəbini bitirib. 1873-cü ildə Qafqaz Əlahiddə ordusunun ordusunun 44-cü Nijeqorod alayına göndərilib.
Ən yaxşı süvari zabitləri sırasında mayor Əmir Kazım Mirzə 1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində iştirak edib. O, 1895-ci ildə eskadronun komandiri təyin olunur. 1902-ci ildə alay komandirinin birinci müavini təyin edilən polkovnik Əmir Kazım mirzə 1910-cu ildə general mayor rütbəsinə yüksəlir.
Əmir Kazım Mirzə Gövhər xanımla ailə qurmuşdu. Darab və Davud mirzə adlı oğulları, Mənicə, Ziba, Leyla və Aliyə xanım adlı qızları olub. 1877–78-ci illərdə olan Rus-Osmanlı müharibəsində onun dördüncü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə mükafatlandırılıb.
1895-ci ildə o, Buxara əmirliyinin üçüncü dərəcəli "Parlayan ulduz" ordeni alır. 1879-cu ildə üçüncü dərəcəli "Müqəddəs Anna", ikinci dərəcəli "Müqəddəs Stanislav" (qilincla birgə) , 1881-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna", 6 il sonra üçüncü və dördüncü dərəcəli "Müqəddəs Vladimir", 1890-cı ildə isə İranın dördüncü dərəcəli məşhur "Şiri-Xorşid" ordenləri ilə mükafatlandırılır. Əmir Kazım Mirzə 25 il orduda qüsursuz xidmət etdiyinə görə, üstündə tuncdan tökülmüş atlı fiquru olan stolüstü saatla mükafatlandırılıb. Saatın üstündə "Əmir Kazım Mirzəyə əla xidmətinə görə" sözləri yazılıb.
44-cü Nijeqorod alayının marşını çalan saat indidə işləyir. Bu qiymətli hədiyyə general Əmir Kazım mirzəyə 1898-ci il, dekabrin 16-da verilmişdi. AXC qurulandan az sonra – 1918-ci il dekabrın 1-də Əmir Kazım Mirzə hərbi nazir Səməd bəy Mehmandarova bir raport yazır.
Həmin raport Respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində saxlanılır. O, raportda döyüş xidmətlərini sadalayır. 34 il hərbi xidmətdə olduğunu, az müddət istefada olsa da, hərbi işi yadırğamadığını, müasir hərbi ədəbiyyatı daim izlədiyini, "hərbi qulluğun müasir tələblərinə uyğun olaraq xidmət borclarını icra etmək bacarığına və gərəkli fiziki qüvvəyə malik olduğunu" yazır.
Azərbaycanın hər hansı bir hərbi idarəsində iş istəyir: "Zati-aliləri, bu, Vətənin keçdiyi bu ağır vaxtda öz xalqıma xeyir verər, həm də ailəmin zəifləmiş iqtisadi vəziyyətini yaxşılaşdırardı". Onu ordu quruculuğuna cəlb edirlər. Səməd bəy Mehmandarovun əmri ilə Əmir Kazım Mirzə Gəncənin komendantı təyin olunur.
Aprel çevrilişindən sonra Əmir Kazım Mirzə Qacar Gəncə üsyanında fəal iştirak edir, əsir düşür və 1920-cu ildə fövqəladə komissar Tixarelinin əmri ilə Gəncə şəhərində öldürülür. Onun kürəkəni Cahangir Qayıbov (Qafqaz müftisi Mirzə Hüseyn Qayıbovun oğlu) da 1937-ci ildə Tiflis fövqəladə komissiyasının əmri ilə güllələnmişdi. Ölümündən sonra M.
Ə. Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" əsərində Əmir Kazım Mirzə Qacarı da xatırlayır və onu "İstiqlal şəhidi" adlandırır. Əmir Kazım Mirzə təkcə hərbçi deyildi.
O, xalqımızın maariflənməsində də yaxından iştirak edib, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai məktəblərin açılmasına maddi cəhətdən kömək göstərmiş və kasıb balalarını öz vəsaiti hesabına oxutdurub. 1910-cu ildən Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin fəxri üzvü olub. Onun həyat yoldaşı Gövhər xanım Ağa Ələkbər qızı İsmayılova-Qacar (1862–1927) 1905-ci ildə yaradılmış xeyriyyə cəmiyyətin sədri idi.
Onun ən böyük xidmətlərindən biri 1912-ci ildə Tiflisdə Azərbaycan dram cəmiyyətinin təsis edilməsi və tamaşa binasının açılmasında yaxından iştirak etməsi olub. 1911-ci ildə dramuturq M. F.
Axundovun 100 illik yubileyi də general-mayor Əmir Kazım mirzə Qovanlı-Qacarın sədrliyi ilə keçmişdi. 1913-cü ildə "Molla Nəsrəddin" jurnalı daha bir məhkəməyə cəlb edilərkən, onun müdafiəsinə qalxanlar arasında Əmir Kazım Mirzə Qacar da var idi… ALLAH RƏHMƏT ELƏSİN!
