Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Xurşid Ağayeva 20 aprel 1906-cı ildə Bakıda doğulub..
Xurşid Ağayeva 20 aprel 1906-cı ildə Bakıda doğulub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib(1935). Üzeyir Hacıbəyov haqqında ilk monoqrafiyanın müəllifidir.
Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs deyib, elmi işlər üzrə prorektor (1944-1946) olub. Xurşid Ağayeva 1918–1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə musiqiçi müəllimlərin Moskva İxtisasartırma İnstitutuna oxumağa göndərilib.
Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləyib. Xurşid Ağayeva Azərbaycan musiqisinə aid məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmatıb) əsərinin müəllifidir. Görkəmli göz həkimi Bahadur Eyvazovun həyat yoldaşı idi.
Musiqişünas Xurşid Abdullayevanın nənəsidir. 3 dekabr 1953-cü ildə, 47 yaşında Bakıda vəfat edib… RUHU ŞAD OLSUN!
