Əlağa Həsənov — həyatı və yaradıcılığı

Şrift
Əlağa Həsənov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əlağa Həsənov — həyatı və yaradıcılığı.

Əlağa Həsənov 1871-ci ildə Bakıda doğulub. Bakı kommersiya məktəbini bitirib. Təhsil illərində türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənib.

Bakının ictimai həyatında fəal iştirak edən Ə. Həsənov Şəhər Dumasının üzvü seçilib. O, "Nəşri-maarif" cəmiyyətinin yaradılmasına və fəaliyyətinə yaxından köməklik edib.

Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında da onun böyük xidmətləri olub. 1918-ci il martında Bakıda və Azərbaycanın digər yerlərində cəbhədən qayıdan nizami erməni qoşun birlikləri 30 minə yaxın azərbaycanlını qətlə yetirir. Onlar S.

Şaumyanın göstərişi ilə Bakı Sovetinin qoşun hissələrinun tərkibinə daxil edilmişdilər. Şəhərdə bu qırğının qarşısını almağa çalışanlardan biri də Ə. Həsənov olmuşdu.

O, qırğının son günü yaranmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. Bitərəf Əlağa Həsənov 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilmişdi. Ə.

Həsənov F. X. Xoyskinin təşkil etdiyi III Hökumət kabinetində (26 dekabr 1918 – 14 mart 1919) maliyyə nazirinin müavini, 1919-cu ilin yanvarın 16-dan isə dövlət müfəttişi vəzifələrini yerinə yetirib.

Nazirlər Şurasının Sədri N. Yusifbəylinin yaratdığı 1-ci (ümumi sayca 4-cü) Hökumətdə maliyyə naziri vəzifəsini icra edib. Ə.

Həsənovun rəhbərliyi altında 1919-cu il sentyabrın 30-da Bakıda Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı. Bankın Gəncədə, Şamaxıda, Lənkəranda və başqa şəhərlərdə şöbələri təşkil olundu. 1919–1920-ci illərdə ADR-nın 25, 50, 100, 250 və 500 manatlıq dəyərində kağız pulları dövriyyəyə buraxıldı.

Yüksək bədii zövqlə tərtib olunmuş bu əskinasların üzərində Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Əliağa Həsənovun imzaları var idi. 1919-cu ilin sonunda ADR hökumətinin rəsmi icazəsi ilə Bakıda şəhər idarəsi (upravası) tərəfindən 500 manat dəyərində istiqraz vərəqələri də dövriyyəyə daxil edildi. 1919-cu il dekabrın ortalarında N.

Yusifbəylinin kabineti istefaya çıxdığı üçün dekabrın 24-də Ə. Həsənov tutduğu vəzifəni tərk edir. O, II Yusifbəyli hökumətində maliyyə nazirinin müavini olur, sonra Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində (həm milli hökumət, həm də sovet dövründə) çalışır.

Ə. Həsənov 1933-cü ilin martında Bakıda vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗