Əhməd Həmdi Qaraağazadə — həyatı və yaradıcılığı

Şrift
Əhməd Həmdi Qaraağazadə — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əhməd Həmdi Qaraağazadə — həyatı və yaradıcılığı.

Əhməd Həmdi Qaraağazadə 1893-cü ildə Batum şəhərində doğulub. Sonra ailəsi ilə birlikdə İstanbula köçüblər, burada türk dilində təhsil alıb, paralel olaraq fransız dilini də öyrənib. 1917-ci ildə İstanbuldan Bakıya gəlib və "Açıq Söz" qəzeti nəşriyyatında gürcü dilindən Azərbaycan dilinə tərcüməçi kimi işləməyə başlayıb.

Həmin dövrdə M. Ə. Rəsulzadə ilə yaxın dostluq əlaqələri qurub.

Ümumrusiya Müəssislər Məclisinə seçkilər üçün "Müsavat" Partiyası və Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin vahid 10 nömrəli siyahısı üzrə 15-ci sırada namizəd göstərilib, deputat seçilə bilməsə də Zaqafqaziya Seymi yaradılarkən deputat seçilmişdi. O, həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvlərindən biri olub. Uzun müddət "İstiqlal" qəzeti üçün jurnalist kimi çalışıb.

Əhməd Həmdi bəy həmçinin, Azərbaycan Milli Şurasının da üzvü olub. Aprel işğalından sonra Türkiyəyə mühacirət edib. Mühacirətdə olduğu zaman "Yeni Qafqaziya" jurnalında çalışıb.

M. Ə. Rəsulzadə onun ölümü ilə bağlı belə yazırdı: "Həmdi bəyi itirdik."İsmailiyyə" binasının altındakı Yıldırım mağazasının arxa dükanına sığışan "Açıq söz" idarəsini xatırladım.

Həmdini ilk dəfə orada gördüm. O, Batumdan, yoxsa Tiflisdən yeni gəlmişdi. Dərhal anlaşdıq.

Ruhumuza aşina və çox möhtac olduğumuz xüsusiyyətə malik bir arkadaş bulduq. "Açıq söz"ün çıxar-çıxmaz gürcü qonşularımız arasında, mətbuatında əks-səda oyandıra bilməsi ancaq Həmdi bəy sayəsində olmuşdur. Onun "İstiqlal" qəzetindəki məfkurəçilik rolu da unudulamaz.

"İstiqlal" qəzetəsinin başlığı altındakı "insanlara hürriyyət, millətlərə müsavat" şüarını ilk bulub tövsiyə edən odur". Bolşevik işğalından sonra mühacirət edən Əhməd Həmdi Qaraağazadə 1933-cü ildə, 40 yaşı tamam olmadan Türkiyədə vəfat edib. Məhəmməd Əmin Rəsulzadə onun ölümünü böyük itki adlandırmaqla yanaşı, onu "mühacirətin ilk qurbanı" adlandırıb…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗