Rəhim bəy Mehrəli bəy oğlu Məlikov — həyatı və yaradıcılığı

Şrift
Rəhim bəy Mehrəli bəy oğlu Məlikov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rəhim bəy Mehrəli bəy oğlu Məlikov — həyatı və yaradıcılığı.

Rəhim bəy Mehrəli bəy oğlu Məlikov 1886-cı il aprelin 20-də Göyçay qəzasının Zərdab kəndində doğulub. O, 7 yaşında olarkən atası Mehrəli bəy ermənilər tərəfindən qətlə yetirilib. Həmin illərdə Zərdabda yaşayan Həsən bəy Zərdabi qardaşı oğlunu öz uşaqları ilə birlikdə tərbiyə etməyə başlayır, 1895-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gələndə isə ailəsi ilə birlikdə gətirir.

Rəhim bəy əmisinin himayəsi ilə 1906-cı ildə Bakı Real gimnaziyasını bitirir, onun tövsiyəsi ilə həmin il Rusiya imperiyasının məşhur ali məktəblərindən olan Kazan Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur. Həsən bəy Zərdabi və onun ətrafında cəmləşən milli ziyalılar hələ gimnaziya illərində Rəhim bəyin xalq işinə səfərbər olunmasında mühüm rol oynayırlar. O, yeniyetmə yaşlarından milli ədəbiyyatı dərindən öyrənir, yeni yaranan teatr həyatı ilə bağlı mövzularda dövri mətbuatda silsilə çıxışlar edir.

M. F. Axundovun və H.

Zərdabinin maarifçilik ideyaları onu milli-mədəni hərəkatın fəallarından biri kimi formalaşdırır. Rəhim bəy tələbəlik illərində publisistik fəaliyyətini genişləndirir xalqın taleyinə biganə qalan mətbuatı pisləyərək, "Əkinçi" yolunu davam etdirən "Molla Nəsrəddin" cəbhəsinin məfkurə yönünü müdafiə edir. Rəhim bəy Məlikov 1912-ci ildə universiteti bitirərək Şimali Qafqazın müxtəlif şəhərlərində məktəb və universitetdə fizikadan və riyaziyyatdan dərs deyir.

Hətta Terek Xalq Maarif Şöbəsi onun iş təcrübəsinin yayır. Sovet hakimiyyətinin ilk illərində doktor Nəriman Nərimanovun təşəbbüsü ilə Rəhim bəy Məlikov Bakıya dəvət olunur, milli ali təhsil quruculuğu işinə cəlb olunur. Bu illərdə o, ana dilində fizika və riyaziyyat proqramları, dərslikləri, tədris vəsaitləri yaradılması işinin önündə gedir, ilk peşəkar fizika məktəbinin əsasını qoyur.

O, Azərbaycanın fizika üzrə ilk professoru, 1930–1936-cı illərdə Pedaqoji İnstitutun fizika kafedrasının müdiri olub. 1936-cı il, fevralın 23-də Bakıda vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗