Doğum tarixi haqqında dəqiq məlumat olmayan Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov mülk…

Şrift
Doğum tarixi haqqında dəqiq məlumat olmayan Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov mülk…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Doğum tarixi haqqında dəqiq məlumat olmayan Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov mülk….

Doğum tarixi haqqında dəqiq məlumat olmayan Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov mülkədar, ictimai-siyasi xadim, Gəncə Şəhər Dumasının üzvü olub. Peterburqda Meşəçilik Akademiyasını bitirib. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Gəncə quberniyasının Şəmkir qəzasının rəisi olub.

Qardaşı Lütvəli bəy Zülqədərov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı olub. Oğlu Kamran bəy Zülqədərov general idi. Bacısı oğlu Qara bəy Qarabəyov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, "İttihad" Partiyası və "İttihad" fraksiyasının sədri olub.

1918-ci il yanvarın 3-də bolşeviklər tərəfindən təxribata cəlb olunmuş kəndlilər tərəfindən evinə edilən basqın nəticəsində Allahyar bəy Zülqədərovun həyat yoldaşı Seyid Nisə xanım güllələnib, özü isə tutularaq diri-diri yandırılıb. Bu barədə bir qədər ətraflı məlumat verək. 1918-ci ilin yanvarında ailə üzvləri ilə birlikdə qətlə yetirilən A. Zülqədərov II Nikolayın yaxın dostu və çar Rusiyasında Dumanın üzvü olub.

Çarın taxt-tacının yanında xüsusi kreslosu olub, bu gün də Sankt-Peterburqdakı Ermitajda həmin kreslosu saxanılır. Tovuz bəylərindən olan Allahyar bəy haqqında danışan kənd sakini Ziyadxan Məsimov mətbuata verdiyi müsahibədə bildirib ki, onu, xanımı Seyid Nisəni, qızı Şahbunu və oğlu Məmmədi qaçaqlar öldürüblər. Qardaşlarını və ailələrini qətlə yetiriblər.

Canını qurtara bilən ailə üzvləri olub. Bu işi bolşeviklər partiyasında yuva salmış "Daşnaksütyun" partiyasının üzvləri istiqamətləndiriblər. Allahyar bəy camaatın mal-qarasını, meşəsini qoruyub, quldurluq edənlərə aman verməyib.

Quldurlar bəyin 40 otaqlı malikanəsini odlayıblar. Keşkənd kəndinin sakinləri bildirirlər ki, Allahyar bəy Zülqədərovun nəvəsi Xosrov Sadehi bir neçə il əvvəl Amerika Birləşmiş Ştatlarından gəlmişdi. “Onların məzarlarını düzəltdirdi.

Bir nəvəsi Fransada, biri Bakıda yaşayırlar. Allahyar bəyi və ailə üzvlərini bu kəndin adamları öldürməyiblər”. Tarixi materiallardan məlum olur ki, qətldə indiki Yanıxlı kəndinin hərbi xidmətdən yeni gələn sakini Məmmədəli Əhmədoğlunun başçılığı ilə başqa kəndlərdən gələn adamlar iştirak ediblər.

Zülqədərovlar ailəsinin öldürülməsi, malikanəsinin kül olunmasında 500-dən çox adam iştirak edib. Keşkəndin ağsaqqallarının məsləhəti ilə onları kül olmuş evlərinin qarşısında, Daşlı Aşırım deyilən yerdə basdırıblar. Dəfndə hökumətin qorxusundan yalnız bir neçə adam, Bala Hasan və Sarı Xəlil iştirak edə biliblər.

“Həmin il, 1918-ci ilin bir ay ərzində bütün bəyləri aradan götürüblər. Adını kəndlilərin üsyanı qoydular. Bu hadisələri Şaumyan qızışdırıb.

Şamxorskinin 7 mart 1918-ci il istintaq protokolunda da yazılıb ki, Şaumyan Azərbaycan kəndlərinə gəlib, burada Aliyevlə görüşüb və ondan öldürülmüş mülkədar ailələr haqqında məlumat öyrənib. Şaumyan erməni-tatar qırğınının qarşısını almaq üçün kəndli-mülkədar məsələsini qızışdırıb"… RUHLARI ŞAD OLSUN!!!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗