Sultanməcid Məcid oğlu Əfəndiyev — həyatı və yaradıcılığı

Şrift
Sultanməcid Məcid oğlu Əfəndiyev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sultanməcid Məcid oğlu Əfəndiyev — həyatı və yaradıcılığı.

Sultanməcid Məcid oğlu Əfəndiyev 1887-ci ildə Şamaxıda doğulub. Gənc yaşlarında marksizm-leninizm ideologiyasına maraq göstərib, 1904-cü ildən RSDFP üzvü, RSDFP Bakı Komitəsi yanında "Hümmət" qrupunun rəhbərlərindən biri olub. M.

Ə. Rəsulzadə, M. Əzizbəyov, N.

Nərimanovla dostluq edib. I Rus inqilabında fəal iştirak edib,təqiblərə məruz qalıb. 1907-ci ildə Kazana sürgün olunub.

Sonralar Kazan Dövlət Universitetində həkimlik peşəsinə yiyələnib. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn mərasimində nitq söyləyib. Fevral inqilabından sonra Bakıya qayıdıb və fəaliyyətini davam etdirib. 1918-ci ilin 31 mart hadisələri dövründə məqalə yazaraq daşnakların müəyyən bir məbləğ qarşılığında kapitalistləri müdafiə etdiyini, sadəcə müsavatçıları yox, bütün müsəlmanları qırdığını qeyd edib. O, S.

Şaumyan və A. Caparidzenin siyasi fəaliyyətini tənqid edib. 1919-cu ildə Həştərxanda dəmir polka daxil olub, bir qədər sonra RK(b)P MK yanında Şərq xalqları kommunist təşkilatlarının Mərkəzi bürosunun sədr müavini təyin edilib.

1919-cu ilin iyunundan Milli işlər üzrə Xalq komissarlığı yanında Zaqafqaziya müsəlmanları işləri üzrə komissar olub. Sovet hakimiyyəti qurulundan sonra Azərbaycana gəlib. 1920-ci illərin əvvəllərində hələ AXC dövründə başlanmış əlifba islahatı sahəsində işlər yenidən canlandırıldı.

1921-ci ildə Xalq Maarifi Komissarlığı yanında Əlifba İslahatı üzrə Komissiya, 1922-ci ilin mayında Yeni Türk Əlifba Komitəsi yaradıldı. Komitənin tərkibinə isə Səməd ağa Ağamalıoğlu (sədr), Xudadat bəy Məlikaslanov, Əhməd bəy Pepinov, Əli Tağızadə, Fərhad Ağazadə,Vəli Xuluflu, Teymur Hüseynov və o cümlədən Sultanməcid Əfəndiyev daxil idi. O,1926-cı ilin 26 fevral- 6 mart tarixlərində Bakıda çağırılmış I Beynəlxalq Türkoloji Qurultay latın qrafikalı əlifbaya keçid prosesində müstəsna rol oynayıb.

"Kommunist" və "Bakinski raboçiy" qəzetlərinin 27 aprel 1933-cü il tarixli sayında isə "Türk teatrının 60 illiyi" başlığı altında gedən rəsmi materialdan məlum olur ki, təntənəli yığıncağı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Sultanməcid Əfəndiyev açıb. O, 1920-ci ilin yayında Gəncə quberniyasının Fövqəladə komissarı, sonra Gəncə İnqilab Komitəsinin sədri, 1921-ci ilin mayından Xalq torpaq komissarı, 1922-ci ildən 1924-cü ilədək Azərbaycan SSR Xalq FKİ komissarı, 1924-cü ildən AK(b)P MHK sədri olub. 1931-ci ildə Azərbaycan SSR MİK-in sədri seçilib.

1937-ci ildə Stalin Lev Trotski ilə əlaqə saxlayan yaxud əlaqə saxlama ehtimalı olan insanları məhv etməyə başladı. Bu dövrdə bir çox günahsız insanlar ləkələndi, onların arasında Əfəndiyev də var idi. O, siyasi motivlərə görə ləkələnir və repressiya olunur. 1956-cı ildə Xruşşovun hakimiyyətə gəlməsiylə Əfəndiyev də bəraət alır.

Bakının Sabunçu rayonunda və Şəki şəhərində onun adına küçələr verilmişdi. S. Əfəndiyev, yaxın dostu Nərimanovdan sonra Azərbaycandakı inqilabi publisistikanın ən görkəmli ikinci nümayəndəsi idi.

O, M. F. Axundov, Nəcəf bəy Vəzirov və Həsən bəy Zərdabi ənənələrindən istifadə edərək, müasir dövrə uyğun siyasi məqalələr hazırlayırdı.

Əfəndiyevin "9 Yanvar", "Avropa, Rus və İran inqilabları", "Bakı fəhlələri və sərmayədarlar", "İşsizlər" kimi məqalələrində bir çox mühüm məsələlərə toxunulub. Çar Rusiyasının siyasətini tənqid etməkdən çəkinməyib. Nərimanov ilə birlikdə "Hümmət" qəzetinin redaksiyasında çalışıb.

Əfəndiyev bu dövrdə "Pravda" qəzetinə istinadlar edərək məqalələr hazırlayıb, tez-tez Lenin siyasəti, Duma seçkilərində bolşeviklərin mövqeyi haqqında məlumatlar dərc edir, menşevikləri və müsavatçıları tez-tez tənqid edirdi…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗