Dəyərli dostlar!

Şrift
Dəyərli dostlar!

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.

Dəyərli dostlar! İzləyicilərimizdən birinin istəyi ilə bu dəfə İsrafil Ağa haqqında məlumat verəcəyik. İsrafil Ağa Oruc oğlu Kərbəlayev 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən (indiki Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi) kəndində varlı bəy ailəsində doğulub.

O,Qazax şəhərində qədim hamam, Cümə məscidi və 3 nömrəli məktəbin binasını tikdirib. Yeniyetmə vaxtlarından qorxmaz, cəngavər bir bəy oğlu kimi böyük hörmət qazanıb. Qıraq Kəsəmən kəndinin ağası olduqdan sonra isə gördüyü işlərlə nəinki öz kəndində, bütün Qazax qəzası, Borçalı, Göyçə mahaları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanıb.

İsrafil Ağa Qıraq Kəsəmən kəndinin sakinlərinin malından və canından həmişə muğayat olar, kənddə xeyriyyəçilik və abadlıq işləri görərdi. O, kəndə hərdən basqınlar edən erməni və gürcü oğru dəstələrini əzib basqınların qarşısını alırdı. Onun xəbəri və icazəsi olmadan hətta bir çar məmuru belə kəndə gələ bilməzdi.

Kovxası olduğu kəndin vergisini həmişə özü ödəyərdi. Əvezində isə kənd sakinlərindən mal-pul yox, bir-biri ilə mehriban dolanmağı və oğurluq etməməyi tələb edərdi. Buna riayət etməyənləri isə cəzalandırardı.

İsrafil Aganın gənc vaxtlarında gücünə güc qatan Molla Zal oğlu İsgəndərin oğlu Kərəm idi. Amma onların necə möhkəm dost olmalarına baxmayaraq sonra bir-birinə düşmən olmuşdurlar. Belə ki, Kərəmin atasının (İsgəndər) torpaq məsələsində yaranan narazılığa görə İsrafil ağanın atası Oruc ağa ilə araları pozulmuş, məsələ məhkəməyə müraciətlə yekunlaşmışdı.

Rəhim Hüseynov öz kitabında qeyd edir ki, Oruc ağa məhkəmə və polis vasitəsilə ilə İsgəndərə cürbəcür cəzalar verdirmişdi (Sibirə sürgün edilir, sürgündən qaçdıqdan sonra kəndinə qayıdır, burada öldürülür). İsgəndərin oğlu Kərəmin atasının intiqamını almaq üçün Oruc ağanı öldürdüyü deyilir. Bundan sonra Oruc ağanın oğlu İsrafil ağa ilə Kərəm arasında qan düşmənliyi yaranır.

Kərəm qaçaqlıq etməyə başlayır. Qaçaq Kərəm adı ilə məşhurlaşır. Ancaq onlar düşmən olsalar da mərdanə düşmənçilik etdilər.

Hətta İsrafil ağanın özü Qaçaq Kərəm üçün mahnılar da yazıb. Qaçaq Kərəm qohumlarını təqibdən qorumaq üçün Təbrizə qaçır. Orada isə kəndlilərə əziyyət edən Zal xanı öldürdüyü qeyd olunur.

Azərbaycanı bolşeviklər işğal etdikdən sonra İsrafil Ağanın bütün malı-mülkü müsadirə edilib. 1917-ci ilin mart ayında Qıraq Kəsəmən kəndində "qolpun" deyilən su dərəsinin kənarında xaincəsinə güllələnib. Həmin yerə camaat arasında bu gün də "Ağa vurulan" yer deyirlər…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗