Abbasqulu xan Mehbalı xan oğlu — həyatı və yaradıcılığı

Şrift
Abbasqulu xan Mehbalı xan oğlu — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Abbasqulu xan Mehbalı xan oğlu — həyatı və yaradıcılığı.

Abbasqulu xan Mehbalı xan oğlu 1830-cu ildə İrəvanda doğulub. Gənc yaşlarından İrəvan quberniyasında nüfuzlu şəxsiyyətlərdən olub. İrəvan Şəhər Dumasına üzv seçilib(1882–1899).

İrəvan rus-türk məktəblərinin fəxri nəzarətçisi vəzifəsini daşımaqla bərabər, xeyriyyəçilik də edib. Abbasqulu xan İrəvanski 1905-ci ildə İrəvanda və Naxçıvanda xalqı başına toplayaraq erməni daşnaklarına qarşı vuruşub, müsəlmanların İrəvandan köçürülməsinin qarşısını alıb. 1907-ci ildə vəfat edib.

Abbasqulu xan Naxçıvanla çox bağlı olub, çünki onun övladlarının analarından biri Kəngərlilər nəslindən idi. Abbasqulu xan İrəvanskinin nəsil şəcərəsi haqqında danışarkən akademik Çingiz Qacarın dediklərinə də əsaslanmalıyıq. Abbasqulu xanın Bilqeyis xanımdan 3 övladı- iki oğlu və bir qızı olub.

Böyük oğlunu Ağa xan çağırıblar. Ağa xanın Bülbül adında bir qızı olub. O, 1897-ci ildə doğulub.

İrəvan gimnaziyasını bitirdikdən sonra 1917–1920-ci illərdə İrəvanda və Gədəbəydə müəllim işləyib, Dəllərdə, Naxçıvanda və İrəvanda yaratdığı qadınlar klublarının rəhbəri olub. Abbasqulu xanın qızı Şövkət xanım əvvəlcə Paşa xan Makinskinin, sonralar isə general İsmayıl xan Naxçıvanskinin xanımı olub. Abbasqulu xanın ikinci oğlu Böyük xanın(əsl adı Məmmədqulu) həyat yoldaşı Tovuz xanım Naxçıvanskaya İsmayıl xanın oğlu Bəhman xanın qızı olub.

Tovuz xanımın anası Çimnaz xanım general-mayor Kəlbəli xan Naxçıvanskinin qızıdır. Məmmədqulu xanla Tovuz xanımın 7 övladı olub: Nazxanım, Yəməntac , Mehdiqulu xan, Əfşan xanım, Allahyar xan, Davud xan və Nəcəf xan. Məmmədqulu xanın birinci qızı Nazxanım 1912-ci ildə Maku xanlarından olan Midhət xanla ailə qurub.

Məmmədqulu xanın ikinci qızı Yəməntac xanım Bakıda H. Z. Tağıyevin qız məktəbində oxuyub, sonra İrəvanlı ziyalılardan olan Mirbabayevlərin gəlini olub.

Yəməntac 1960-cı illərin əvvəllərində Naxçıvanda vəfat edib, sonra həmin fotoarxivi aşkarlıq illərinə qədər onun qızı, ağbirçək el anası Aləm xanım Seyidova qoruyub saxlayıb, bir qismini qohumu Cəmşid Naxçıvanskinin ev-muzeyinə təhvil verib. Aləm xanım deyəndə ki, general İsmayıl xan babası, Cəfərqulu xan və Rəhim xan isə dayılarıdır, heç kim ona inanmırdı, amma əslində bu, həqiqətdir. Məmmədqulu xanın oğlu Mehdiqulu xan qədim Şərq tarixi üzrə çox məşhur alim kimi tanınıb.

Qızı Əfşan xanım Bakıda Tağıyevin qız məktəbində oxuyub, qızı İsmət xanım görkəmli dramaturq Sabit Rəhmanla ailə qurub. Oğlu Allahyar xanın ancaq təhsil illəri və repressiya qurbanları olmaları haqqında məlumatlar var. Oğlu Nəcəf xan Moskva metallurgiya institutunu bitirib, sonralar Azərbaycan Neft və Kimya institunda müəllim işləyib.

Abbasqulu xanın ikinci həyat yoldaşı Tərlan xanım Naxçıvanskayadan (general İsmayıl xan Naxçıvanskinin qızıdır) 6 övladı olub: Həsən xan, Fəxrəntac xanım, Gövhərtac xanım, Xanlar xan və Tacı xanım. 6-cı övladı isə hərbçi Kərim xan olub. Abbasqulu xanın böyük oğlu Həsən xan 1920-ci ildən sonra Türkiyəyə köçüb.

Onun oğlu Hüseyn xan Turqut Türkiyə Hava Qüvvələrinin generalı olub. Varisləri İstanbulda yaşayırlar. Abbasqulu xanın üçüncü xanımı isə general-mayor Kəlbəlı xanın sonbeşik qızı Zərrintacbəyim olub.

Bu nikahdan onlar ayrılanadək övladlarının olub-olmaması qeydə alınmayıb. Abbasqulu xanın Əli xan adlı əmisi oğlu da olub. O, 1853–1856-cı illərdə Krım müharibəsində iştirak edib.

Əli xan İrəvanski Kərbəlayı Qurbanəlinin qızı ilə evlənib. Kərbəlayı Qurbanəli görkəmli dövlət xadimi Əziz Əliyevin ata babasıdır. Bu səbəbdən də sovet hökuməti illərində Əziz Əliyev çoxlu təqiblərə məruz qalıb.

Abbasqulu xan uzun illər ermənilərlə mübarizə aparıb. Bir-biri ilə kökdən qohum olan Naxçıvanski, İrəvanski və Şadlinskilər ən çətin anlarda özlərini onun köməyinə yetiriblər. Erməni daşnaklarının xain basqınları nəticəsində Naxçıvana gələrək, burada yaşayıblar.

Hətta 1920-ci ildən sonra da onların övladları 1937-ci ilədək Naxçıvanda fəaliyyət göstəriblər…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗