Əbülhəsən Məmmədov (Anaplı) — həyatı və yaradıcılığı

Şrift
Əbülhəsən Məmmədov (Anaplı) — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əbülhəsən Məmmədov (Anaplı) — həyatı və yaradıcılığı.

Əbülhəsən Məmmədov (Anaplı) 1894-cü ildə Qubada doğulub. Uşaqlığı Bakıda keçən Əbülhəsən səhnəyə ilk dəfə 1911-ci ildə çıxıb. "Nicat", "Şəfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, Hüseynqulu Sarabskinin "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"ndə faciə, dram, əsasən komediya tamaşalarında cazibəli səhnə obrazları yaradıb.

Soyadı bəzi afişa və proqramlarda "Anaplinski" kimi də göstərilib. Əbülhəsən Anaplı Azərbaycanın ilk parodiya aktyorlarından biridir. O, sənət dostu Rza Darablı ilə birgə böyük maraqla qarşılanan konsertlər verib.

Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin, Mirzağa Əliyevin, Hacıağa Abbasovun, Hüseynqulu Sarabskinin, qadın rollarının mahir ifaçısı Əhməd Ağdamskinin və başqalarının oyun tərzlərinə maraqlı parodiyalar edib. Qafqazın, İranın bir çox şəhərlərində qastrol səfərlərində olub. Komik aktyor olan Anaplı AXC dövründə (1918–1920) Azərbaycan dramaturgiyasının ən yaxşı nümunələrində- M.

F Axundovun "Hacı Qara" tamaşasında Kərəməli, Z. Hacıbəylinin "Evliykən subay" tamaşasında Qaraçı, Üzeyir Hacıbəylinin "Arşın mal alan" və "O olmasın, bu olsun" tamaşalarında Vəli, Hambal, Nəcəf bəy Vəzirovun "Keçmişdə qaçaqlar" tamaşasında Pirverdi, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" tamaşasında Niyaz və Əmrah, "Dağılan tifaq" tamaşasında Gənc, Əbdül, İmamverdi, "Ac həriflər" tamaşasında Həsən, Nəriman Nərimanovun "Nadir şah" tamaşasında Cavad, Cəfər Cabbarlının "Ədirnə fəthi" tamaşasında Molla Hacı, Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə" və ya "Nuru paşanın igidliyi" tamaşasında Samson, İsa bəy Aşurbəylinin "Azərbay və Can" tamaşasında İvan, Fridrix Şillerin "Qaçaqlar" tamaşasında Papas, Vilyam Şekspirin "Kral Lir" tamaşasında Təlxək, İvan Turgenevin "Pulsuzluq" tamaşasında Kərbəlayı Vəli və s. rolları ifa edib.

Cəfər Cabbarlı onun yaradıcılığına çox yüksək dəyər verib. 1921-ci ilin fevralında Əbülhəsən Anaplı sənət dostu Mir Paşa Sadıqovla kiçik təbliğat dəstəsi ilə Qarabağın Keşiş kəndində çıxış edəndən sonra gecə erməni daşnakları tərəfindən qətlə yetiriliblər. Onun faciəli ölümü haqqında məlumat azdır.

Amma araşdırmaçı, tarixçi Zaur Əliyevin verdiyi məlumata görə, fevral ayının 12-də Kəlbəcərə gələn aktyorlar ilk səhnəni Keşiş kəndində göstərməli idilər. Onları müşayiət edən isə Şuşanın Malıbəyli kənd sakini İsfəndiyar Hacı Məmməd oğlu idi. 13 fevralda kənddə səhnə qurulur və aktyorlar çıxış edirlər.

Ə. Anaplı və M. P.

Sadıqov müsavatçıları parodiya edirlər, sonra isə ermənilərin “qulağı kəsik qəhrəmanı Andraniki”. Tamaşa bitəndən sonra Şuşaya doğru getmək istəyəndə kəndin çıxışında onları ermənilər mühasirəyə alır və dörd nəfəri də yerindəcə güllələyirlər. Aktyorların nəşini Bakıya gətirib dəfn edirlər”…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗