Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sərxan İbrahimov — həyatı və yaradıcılığı.
Sərxan İbrahimov 1896-cı ildə Cəbrayıl qəzasının Manaflar kəndində (Saracıq kəndinə birləşib) doğulub. İbtidai təhsilini molla yanında alıb. Sonra bir sinifli Qaryagin (Füzuli) şəhər məktəbində, 1907–1910-cu illərdə Şuşa real məktəbində, 1910–1912-ci illərdə Yelizavetpol (Gəncə) quberniyasında müəllimlik kursunda oxuyub.
Bir müddət Cəbrayıl qəzasının Daşkəsən kəndində müəllim işləyib. Sovet dönəmində, 1927-ci ilə qədər Cəbrayıl RİK-də, rayon partiya komitəsində əvvəlcə ümumi şöbə müdiri, təlimatçı, sonralar isə taxıl və pambıq tədarükü işində, 1927–1930-cu illərdə isə Sərdar (indiki Füzuli) rayonunda partiya işində, torpaq şöbəsində çalışıb. 1933–1934-cü illərdə Qaryagin MTS-nin direktoru, Zaqafqaziyada Federasiya Teleqraf Agentiliyinin Azərbaycan üzrə xüsusi müxbiri, Zəngilanda, Jdanovda (Beyləqanda), Cəbrayılda torpaq şöbəsinin müdiri, 1935–1936-cı illərdə Tovuz RİK-nin sədri, sonralar 1946–1947-ci illərdə SSRİ Xalq Tədarük Komissarlığının (Nazirliyinin) Azərbaycan SSR üzrə müvəkkili işləyib. 1937-ci ilin repressiya kampaniyası çərçivəsində bədxahları ona qarşı hücuma keçir, hətta "Bakinsiy raboçiy" qəzetində Makürinin imzası ilə ona xalq düşməni damğası vurulur.
O, 27 mart 1938-ci ildə "Bakinskiy raboçiy" qəzetində haqqında bəhs olunan böhtan dolu məqalənin müəllifini, qəzetin redaktorunu məhz qəzet vasitəsilə üzr istəməyə məcbur edir. Bir çox orden və medallarla təltif edilmiş Sərxan İbrahimov Füzuli və Jdanov (Beyləqan) rayonlarında RİK sədri vəzifəsində çalışıb. 1947-ci ildə iyun ayının 21-də Füzulidə vəfat edib…
ALLAH RƏHMƏT ELƏSİN!
